Sərbəst güləşçilərimiz 5 medal qazanıblar

10:17 23-11-2018 | icon 475 | İdman
Sərbəst güləşçilərimiz 5 medal qazanıblar

 

İranın Gürgan şəhərində 15 yaşadək sərbəst güləşçilər arasında keçirilən beynəlxalq turnirdə Azərbaycan idmançıları beş medal qazanıblar.

 

Azərbaycan Güləş Federasiyasından Versus.Az-a verilən məlumata görə, komanda yarışında ölkəmizi böyük məşqçi Namiq Quliyevin və məşqçi Mehman Nəcəfovun rəhbərliyi ilə Ruslan Abdullayev (38 kq), Emin Qocayev, Abdul Abdullayev (hər ikisi 41 kq), Mahir Məmmədov (44 kq), Ramik Heybətov, Nurəddin Novruzov (hər ikisi 48 kq), Ağanəzər Novruzov (52 kq), Məhəmmədəli Quliyev (57 kq), Namus Orucov (62 kq), Səttərxan Allahverdili (68 kq), Varis Mehdizadə (75 kq) və Xəlil Allahverdiyev (85 kq) təmsil ediblər.

 

Qrupda “İran-1” komandasına 3:7 hesabı ilə uduzan millimiz eyni hesabla Ermənistan yığmasına qalib gəlib. Bu nəticə ilə qrupda ikinci yeri tutan komandamız “İran-2” kollektivinə qalib gələrək (7:3) bürünc medala sahib olub.

 

Fərdi birincilikdə Ruslan Abdullayev (38 kq), Ramik Heybətov (48 kq) və Məhəmmədəli Quliyev (57 kq) qızıl medal qazanıblar. Mahir Məmmədov (44 kq) isə gümüş medalla kifayətlənib.

 

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı