"Mikrob mədədə oturmur ki, spirtli içki ona təsir etsin"

18:11 23-11-2018 | icon 719 | Sağlamlıq
"Mikrob mədədə oturmur ki, spirtli içki ona təsir etsin"

 

"Hətta bəzi viruslar var ki, onlara yoluxan insanlara spirtli içki içmək qəti qadağan olunur"

 

Havalar soyuduqca xəstəliklər də artır. İnsanlar daha çox viruslara yoluxurlar. Bu viruslar sırasında isə birinci yerdə "qrip" kimi tanıdığımız zökəm xəstəliyi dayanır.


Xüsusilə qış aylarında zökəmə yoluxma halları geniş vüsət alır. Bəzi insanlar elə düşünürlər ki, qrip olmuş xəstə bir qədər spirtli içki, xüsusilə də araq içsə, tez sağalacaq.

Versus.Az xəbər verir ki, Sputnik Azərbaycan-ın əməkdaşı bu fikrin həqiqətə nə dərəcədə uyğun olduğunu mütəxəssislərdən soruşub.

Həkim Rasif Bağırov bildirib ki, spirt hansısa bir mikroorqanizmi öldürə bilər, ancaq bunun üçün spirti həmin mikroorqanizmin birbaşa üzərinə tökmək lazımdır:

 

"İnsan isə spirtli içki içməklə virusu bədənindən çıxara bilməz. Soyuqlamış xəstənin spirtli içki içməklə mikrobu bədəndə öldürə biləcəyini düşünməsi yanlış fikirdir".

"Çünki mikrob mədədə oturmur ki, spirtli içki ona təsir etsin. Mikrob yuxarı tənəffüs orqanlarında oturursa belə, yenə də spirtli içki ona təsir edə bilmir" - həkim bildirib.

 

"Həm də araq 40 dərəcədə olur, amma spirt mikroorqanizmlərə 70 dərəcədən yuxarı olanda təsir edir. 70 dərəcəni içmək isə kömək etməz, əksinə ziyanlı olar. Və ya bədəndə mikrob dəymiş hansısa yara ola bilər və spirt yaranı daha da açar, zədələyər. Nəticədə də mikrob yayılar. Axı arağın dezinfeksiyaedici xüsusiyyəti yoxdur" – deyə R.Bağırov əlavə edib.

Həmsöhbətimiz vurğulayıb ki, bu kimi fikirlər insanlar arasında yayılmış yalan məlumatdır, heç bir tibbi əsası yoxdur.

 

C.Əliyev bir məsələni də qeyd edib ki, spirtli içki, əksinə bədənin immun sistemini zəiflədir:

 

"Məsələn, qrip olanda spirtli içki qəbul edib, xəstəliyə qalib gəlməyi düşünə bilərik. Amma bu, belə deyil, əksinə immunitetimiz aşağı düşəcək və xəstəlik daha da güclənəcək".

 

"Hətta bəzi viruslar var ki, onlara yoluxan insanlara spirtli içki içmək qəti qadağandır. Bir sözlə, spirtli içkilərdən müalicə məqsədi ilə istifadə edilə bilməz" - mütəxəssis qeyd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı