“Rusiya NATO-ya üzv olmayacaq”

13:37 23-09-2021 | icon 428 | Dünya
“Rusiya NATO-ya üzv olmayacaq”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasındakı iştirakına NATO Baş katibi Yens Stoltenberqlə görüşlə başlayıb.

 

S.Lavrov protokol foto çəkilişi zamanı masa ətrafında sıxlaşan jurnalistlərə müraciət edib.

 

“Şansınızı sınamayın. Rusiya NATO-ya üzv olmayacaq”, - deyə rusiyalı diplomat zarafat edib.

 

Daha sonra görüş bağlı qapılar arxasında davam edib.

Mətbuata verilən növbəti açıqlamada qeyd olunub ki, görüşdə Rusiya-NATO münasibətlərinin hazırkı vəziyyəti müzakirə edilib.

 

“Rusiya tərəfindən təmas xətti boyunca gərginliyi azaltmaq üçün konkret təkliflər irəli sürülüb”, - deyə Rusiya tərəfindən verilən açıqlamada vurğulanır.

 

Məlumatda qeyd olunur ki, Sergey Lavrov Avropa həmçinin Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə də görüşü gözlənilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

BMT-də Fələstinlə bağlı səsvermə

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”