Örtün, çılpaq qalmasın

10:59 24-11-2018 | icon 1083 | Köşə
Örtün, çılpaq qalmasın

 

 ...Və guya çılpaq qalsaydı nolacaqdı?

 

 

 ARZU ZEYNALLI

 

 Nədənsə insanlar açıq-saçıq söhbətlərə çox meyilli olurlar. Necə ki, açıq-saçıq geyim sahiblərinə... Amma həddən artıq örtülü, bürünmüş adamlara da bir başqa maraq olur... Və günah nə çılpaqda, nə də örtülüdədir. Suç düşüncəmizdə...

 

Adəmlə Həvva haqqında bizlərə gəlib çatan rəvayətlərdən birini xatırladım. Deməli, Yehova (Allahın adlarından biri) Adəmlə Həvvaya Eden bağındakı meyvədən yeməyi qadağan edir. Amma bir gün Həvva bağda tək olanda, şeytan ilan cildinə girərək onunla danışır və inandırır ki, qadağan olunmuş meyvədən yesə Allah kimi olacaq. Həvva onun sözlərinə inanıb meyvədən yedi, Adəmə də verdi. Və... Özlərini çılpaq görüb utanır, əncir yarpağı ilə örtünürlər... Ən əsası da ölümsüzlüyü itirirlər... Və guya itirməsəydilər nolacaqdı?

 

Uşaq vaxtlarımda bu rəvayətdən dolayı düşünürdüm ki, Həvvayla Adəm ilanın şirin dilinə aldanıb yoldan çıxmasaydılar, Eden bağında ölümsüz həyatımız olardı... Sonralar fikirləşdim ki, Adəmlə Həvva qadağan edilmiş meyvəni yeməsəydilər, nemətin, qidanın dadını bilməzdik və eləcə havayla dolanıb keçinərdik özümüzçün. Daha-daha sonralar düşündüm ki, nə yaxşı ki, o meyvəni yeyiblər və lüt olduqlarını dərk ediblər. Meyvəni yeməmiş olsaydılar... Gerisi məlum! Və yaxşı ki, Eden kimi bir bağ əlimizdən çıxsa da, abır-həyamız özümüzdə qaldı... Və guya ki, qalmasaydı nolacaqdı?

 

Bir xatırlatma da verim. Deməli, hardasa 1960-80-ci illərdə komik aktyorlarımız insanları mədəni yumorla güldürərdilər. 90-cı illərin əvvəlinədək belə də davam etdi... Bu gün kobud, tərbiyəsiz, sözün əsl mənasında lüt sözlərlə gülüş qazanmaq istəyən aktyorlarımızın bu çılpaq halına acıyıram. Baxırsan ki, söyüş bir çox tamaşaçının kefini açır, ləzzət edir, ətrafına baxa-baxa başını təsdiqləyirmiş kimi tərpədir... Yəni ki həqiqətn də belədir. Yəni ki bu tərz rellığa yaxındır. Yəni ki insanlar mədəni yumoru yadırğayıblar... Və guya ki, yadırğamasaydılar nolacaqdı?

 

Bir-neçə dəfə mətbuatda çılpaq müəllif yazısına rast gəldim. Yox, müəllif çılpaq deyildi, amma yazısının aurasında onu lüt gördüm. Nəbzi tutmuşdu. Elə bir yazı ki... Sonra bu tip yazıları ilə qəbul edildi. Təbii ki, öz auditoriyasında... İndi çox-çox uzaqlarda çılpaq düşüncələrinin qollarında eyforiyadadır...

 

Sonra bir çoxları da lüt yazılara maraq və onların çılpaq müəlliflərinə olan hörmətə aludə olub qələmlərini soyunmuş yazılarıyla utandırdılar. İndi çılpaq yazılar, çılpaq çıxışlar meydanıdır... Və guya ki, olmasaydı nolacaqdı?

 

Gəlib yazının sonuna çatanda yazdıqlarımı təzədən oxudum. Oxudum ki, gözümdən yayınıb açıq qalan yerləri olsa örtüm, çılpaq görünməsin... Və guya çılpaq görünsəydi nolacaqdı?

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür