Yuxarı sinif şagirdləri və tələbələr üçün dərslər başladı

06:49 29-09-2021 | icon 520 | Təhsil
Yuxarı sinif şagirdləri və tələbələr üçün dərslər başladı

Bu gündən ölkə üzrə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılır.

 

Versus.Az xəbər verir ki, 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

 

Məlumata görə, ümumtəhsil məktəblərinin IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq. Həmçinin ali təhsilin bakalavr pilləsi üzrə 171 820, magistr pilləsi üzrə 16920 tələbənin, orta ixtisas təhsili üzrə 57 693 subbakalavrın təhsil alacağı proqnozlaşdırılır.

 

Paytaxtdakı məktəblərə gəlincə isə, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, qurumun tabeliyindəki təhsil müəssisələrinin V-XI siniflərində 244 054 şagird təhsil alacaq.

 

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə, 471 661 şagird var.

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 49 171, IX sinfində 36 199, X sinfində  27 016, XI sinfində 23 707, XII sinfində 176 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

 

Xatırladaq ki, ümumi təhsil müəssisələrinin I-IV sinifləri üzrə ənənəvi tədrisə sentyabrın 22-dən başlanılıb. Ümumtəhsil məktəblərinin I sinfində 158 608 şagird təhsil alır.

 

Məlumat üçün bildirək ki, tədrisin gec başlaması ilə əlaqədar olaraq keçirilməyən dərs saatları tədris ili ərzində tətil günləri hesabına bərpa olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq