“Bizdə də korrupsioner ünsürlər çoxdur”

14:56 04-01-2018 | icon 500 | Siyasət
“Bizdə də korrupsioner ünsürlər çoxdur”

“…Bu olmalıdır ki, İranda baş verən hadisələr Azərbaycanda təkrarlanmasın”

“İstəməzdik ki, bizə yaxın olan qonşu dövlətdə belə bir hadisə baş versin. Bunun “dalğası” istər-istəməz bizi də vura bilər. Çünki İranda 30 milyona yaxın soydaşımız yaşayr və bu  proseslər insanların öz ölkəsindən qaçıb bizə pənah gətirməsinə səbəb ola bilər. Təbii ki, bu da regionda gərginliyi artırar. İstəməzdik ki, belə bir hadisə baş versin. Amma nə edək ki, insan haqlarının pozulduğu, sosial problemlərin həll olunmadığı dövlətlər bu aqibəti yaşamaq məcburiyyətindədir.”

Bunu Versus.Az-a Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev İranda baş verən etiraz aksiyaları ilə bağlı şərhində bildirib. Partiya sədri İranda etiraz dalğasının hansısa xarici təsirlərin planı ilə baş verməsi ilə bağlı səslənən ehtimallara da birmənalı yanaşmayıb:

“Korrupsiya, insan haqlarının pozulması, sosial ədalətsizlik, hərbi qaydada millətin talan edilməsi təbii olaraq belə hadisələrin başlamasını labüd edir. Düşünürəm ki, İranda da müəyyən bir qrup dövləti soyub talan edir və bunun əziyyətini sadə xalq çəkir. Belə olduğu halda millət nə vaxtsa qalxmalıydı.

Qərb, Avropa demir ki, get millətə zülm et, insanların haqlarını poz. Qərb demir ki, mollalar gedib özünə 5 arvad kəbin eləsin, qalanları da aclıq çəksin.”

H.Hacıyev bu prosesin insanların yaşamında yaxşılığa doğru dəyişikliyə aparacağına ümid bəslədiyini deyib:

“Bizdə də korrupsioner ünsürlər çoxdur. Fazil Məmmədov olayını bildiniz. Ondan milyrdları harada gizlətdiyi soruşulmur. Təkcə o deyil, bugünkü məmurların əksəriyyətinin istər Azərbaycanda, istərsə də xaricdə milyardlıq malikanələri var. Bəzi məmurlar ölkənin bir neçə rayonunu satın alıblar. Belə hallar milləti qıcıqlandırır və istər-istəməz İranda baş verən vəziyyəti yaradır.”

MMP sədri İranada yaranmış vəziyyətdən nəticə çıxarmağın vacibliyini də önə çəkib:

“Ölkə prezidenti həmişə korrupsiyaya qarşı ciddi mübarizə aparır. Ona görə Azərbaycan xalqı ölkə prezidentinin ətrafında sıx birləşməli və onu müdafiə etməlidir. Bu olmalıdır ki,  prezident milyonları talıyan məmurları cəzalandıra bilsin və İranda baş verən hadisələr Azərbaycanda təkrarlanmasın”.

Nülufər
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı