Məktəbəhazırlıq qruplarında məşğələlər BAŞLADI

08:05 01-10-2021 | icon 507 | Təhsil
Məktəbəhazırlıq qruplarında məşğələlər BAŞLADI

Bu gün məktəbəhazırlıq qruplarında əyani formada məşğələlər başlayır.

 

Ölkə üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin, Bakıdakı 276 ümumi təhsil müəssisəsində isə 25 189 beşyaşlının təhsilə cəlb olunacağı gözlənilir.

 

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olan uşaqlar qəbul edilirlər. Məktəbəhazırlıq qruplarında məşğələlər həftədə 4 gün keçilir. Bir gün ərzində 3 məşğələ tədris olunur. Mövcud pandemiya şəratinə görə bu il hazırlanan yeni Tədris Planına əsasən siniflərdə şagirdlərin sayının 30-dan çox olmasına icazə verilməyəcək.

 

Yeni tədris planında uşaqların dərs ili ərzində payız, qış və yaz tətilləri də müəyyən olunub. Məşğələlərin mayın 31-də başa çatması planlaşdırılır. Qruplarda həftəlik dərs yükünə uyğun məşğələ saatları 12 saat nəzərdə tutulur. Məşğələləri yalnız ibtidai sinif müəllimləri aparacaq.
Bir məşğələnin müddəti 30, məşğələlərarası fasilə isə 10 dəqiqə olacaq. Zərurət yaranarsa, tənəffüslər uzadıla bilər.

 

Bu qruplarda uşaqlara ev tapşırığı verilməyəcək. Onların nailiyyətləri şifahi formada qiymətləndiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq