"Azərbaycan ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələrdən biridir"

10:56 26-11-2018 | icon 566 | Qarabağ
"Azərbaycan ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələrdən biridir"

 

Azərbaycan ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələrdən biridir.

 

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyindən Versus.Az-a verilən məlumata görə, Piyadalar Əleyhinə Minaların Qadağan olunması uğrunda Beynəlxalq Kampaniyanın "Landmine Monitor Report 2018" hesabatında deyilir.

 

Hesabatda bildirilir ki, hazırda 164 ölkə “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyanın üzvüdür. Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 33 dövlət bu Konvensiyaya qoşulmayıb. Yalnız bir ölkənin – Myanmanın hökumət qüvvələrinin minalardan istifadə etdiyi qeydə alınıb. Azərbaycan, Əfqanıstan, Anqola, Bosniya-Herseqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tayland və Türkiyə ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələr sayılır (100 kv.km-dən çox).

 

Sənəddə deyilir ki, Azərbaycan Respublikası minaların qadağan olunmasını nəzərdə tutan Konvensiyaya qoşulmayıb. Rəsmi olaraq bildirilib ki, ölkə bu Konvensiyanın məqsədlərini, o cümlədən minaların tamamilə qadağan olunmasını dəstəkləyir, ancaq özünün ərazi bütövlüyünün pozulması səbəbindən “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya qoşula bilmir. Azərbaycan Respublikası təcavüzə məruz qalmasına baxmayaraq, yeni minaların qoyulmasını dayandırıb. Bu səbəbdən də Azərbaycan yalnız Ermənistanla münaqişə həll olunduqdan sonra bu Konvensiyaya qoşula bilər. Buna baxmayaraq Azərbaycan bu Konvensiyaya dəstəyini bildirdiyini göstərməkdədir. Azərbaycan 2005-ci ildən başlayaraq BMT-nin Baş Assambleyasında bu müqavilənin universalizasiyasına yönəlib və hər il keçirilən səsvermədə qətnamələrin lehinə səs verir.

 

Azərbaycan dəfələrlə bildirib ki, piyadalar əleyhinə mina istehsal və ixrac etmir. Mina ehtiyatı sovet dövründən qalmadır. Rəsmi şəxslər bildiriblər ki, 1994-cü ildən konfliktin açıq fazası dayandıqdan sonra piyadalar əleyhinə minalardan istifadə edilmir. Azərbaycan piyadalar əleyhinə minalardan gələcəkdə də istifadə etmək fikrində deyil, ancaq bunu istisna etmək də olmaz.

 

2017-cı ilin sonuna Azərbaycanda rəsmi olaraq 2,439 nəfər mina / müharibənin təhlükəli qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb. 2017-ci ildə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinə 3 mülki şəxsin minalardan zərər çəkdiyi barədə məlumat daxil olub. Bunlardan 2 nəfər həlak olub və 1 nəfər yaralanıb.

 

Ümumilikdə hesabat dövründə 47 olkədə 7239 nəfərin mina və partlamamış sursatlardan zərər çəkdiyi bildirilir ki, bunun da 2793 nəfəri həlak olub. Qeydə alınmış qurbanların 87%-i mülki şəxslərdir ki, onların da 47%-ni uşaqlar və 13%-ni qadınlar təşkil edir. Ümumilikdə "Landmine Monitor Report" 1999-cu ildən indiyədək 122 min insanın mina və partlamamış sursatlardan zərər çəkdiyini qeydə alıb ki, bunun da 86 min nəfəri yaralanıb.

 

Donor ölkələr və ərazisində minaların olduğu ölkələr (10 milli hökumət) tərəfindən beynəlxalq səviyyədə 771,5 milyon ABŞ dolları minalarla mübarizə proqramlarına sərf olunub. Bu vəsaitin 98,3 milyon dolları ərazisində minaların olduğu ölkələrin milli hökumətlərinin payına düşür. Ümumilikdə keçən hesabat dövrü ilə müqayisədə 203,6 milyon dollar çox vəsait ayrılıb.

 

Son hesabatda bildirilir ki, 38 ölkənin ərazisində və 3 qeyri-dövlət ərazisində minaların məhv edilməsi əməliyyatları aparılıb. Hesabat dövründə 128 kv.km ərazi minalardan təmizlənib. 168 min ədəd piyada əleyhinə və 7500 ədəd tank əleyhinə mina məhv edilib. Son beş ildə 832 kv.km ərazi təmizlənib, 1,1 milyon ədəd piyada əleyhinə və 66 min ədə tank əleyhinə mina məhv edilib.

 

Hesabat dövründə 500 min ədəd mina, ümumiyyətlə isə Konvensiya imzalandıqdan sonra ehtiyatlarda olan 54 milyon ədəd mina məhv edilib. 41 ölkə mina istehsalını dayandırdığını bildirib, yalnız 11 ölkədə istehsal hələ də qalmaqdadır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı