Ölümündən sonra Şuşa adlı qızı dünyaya gəlmiş “Xilaskar kapitan”ın ildönümüdür

13:39 07-10-2021 | icon 511 | Şəhidlər və şahidlər
Ölümündən sonra Şuşa adlı qızı dünyaya gəlmiş “Xilaskar kapitan”ın ildönümüdür

Bu gün şəhid Elçin Ağayevin ildönümüdür.

 

Versus.Az xəbər verir ki, E.Ağayev 1993-cü il iyulun 7-də Cəlilabad rayonunun Günəşli kəndində anadan olub.

 

E.Ağayev döyüşlərdə iştirak etməzdən əvvəl kapitan rütbəsinə kimi yüksəlib və bölük komandiri olub.

 

O, 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüşdən onlarla yaralını çıxaran və “Xilaskar kapitan” kimi çağırılan E.Ağayev oktyabrın 6-da şəhid olub. O, bir gün sonra Cəlilabad rayonunda dəfn olunub.

 

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Elçin Ağayev ailəli olub, üç qız atası idi. Onun üçüncü qızı şəhid olmasından sonra – bu il yanvarın 24-də dünyaya gəlib.

 

Şəhidimizin qızına Şuşa adı verilib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq