Bu təşkilat “Gender bərabərliyi” mükafatına layiq görülüb

19:50 26-11-2018 | icon 501 | İqtisadiyyat
Bu təşkilat “Gender bərabərliyi” mükafatına layiq görülüb

 

“FINCA Azerbaijan” Qeyri-bank Kredit Təşkilatı “Gender bərabərliyinin təşviqində qabaqcıl təşkilat” nominasiyasında mükafata layiq görülüb.

 

Təşkilatdan Versus.Az-a verilən məlumata görə, Azərbaycan Mikromaliyyə Assosasiyasının (AMFA) təqdim etdiyi bu mükafat “FINCA Azerbaijan”a müştəri və işçi heyətində gender bərabərliyinin qorunmasındakı yanaşmasına görə verilib.

 

Mükafat 22 noyabr tarixində Bakıda AMFA-nın təşkilatçlığı ilə "Dayanıqlı İnkişaf üçün Potensialları Reallaşdıraq" mövzusunda keçirilən 9-cu Azərbaycan Mikromaliyyə Konfransında təqdim olunub.

 

“FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Tim Tarrant mükafatı qəbul edib:

““FINCA Azerbaijan”ın Gender bərabərliyinin təşviqindəki uzumüddətli səylərinin AMFA tərəfindən qiymətləndirilməsi çox xoşdur. Biz başa düşürük ki, effektiv gender strategiyası məqsədyönlü fəaliyyət və heyətimizin hər bir üzvünün sıx əməkdaşlığı sayəsində mümkün olur. Biz bu mükafatı yüksək qiymətləndiririk, eyni zamanda anlayırıq ki, bu istiqamətdə daha çox nailiyyətlər əldə etməliyik. Elə buna görə də şirkətimizin növbəti 5 il ərzində strateji vizyon hədəflərində gender mövzusu əsas istiqamət olaraq seçilib və buna uğurla nail olacağımıza inanırıq”.

 

Qeyd edək ki, “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Azərbaycanda fəaliyyət göstərən aparıcı mikromaliyyə institutu olaraq, kənd təsərrüfatı da daxil olmaqla, ölkə üzrə kiçik sahibkarlara müxtəlif kredit məhsulları təklif edir.

 

“FINCA Azerbaijan” icma əsaslı 20 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir. Bu şəbəkə fintexnologiyadan istifadə edərək aşağı gəlirli müştərilərin öz maliyyəsini genişləndirməsi üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. Əlavə məlumat üçün www.finca.az və www.fincaimpact.com saytını ziyarət edə bilərsiniz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?