ADPU-da koronavirusa görə bağlanan qrupların sayı 14-ə çatdı

11:13 19-10-2021 | icon 561 | Təhsil
ADPU-da koronavirusa görə bağlanan qrupların sayı 14-ə çatdı

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) hazırda 12 qrupda dərslər onlayn formatda keçirilir.

 

Versus.Az xəbər verir ki, buna səbəb tələbələr arasında koronavirusa yoluxmanın aşkarlanmasıdır. 

 

Universitetin mətbuat katibi Cavid Hüseynov açıqlamasında bildirib ki, əyani dərslər bərpa ediləndən indiyə kimi 14 qrup 14 günlük onlayn tədrisə keçib:

 

“Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində müxtəlif təhsil pillələrində 20 363 nəfər tələbə təhsil alır. 29 sentyabrdan etibarən dərslər ənənəvi qaydada keçirilməyə başlayıb. Dərslər həm onlayn, həm ənənəvi şəkildə təşkil olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qaydalarına əməl olunur. Ötən dövr ərzində 14 qrupda COVID-19 virusuna yoluxma faktı qeydə alınıb. Universitetin poliklinikası və şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin fəaliyyəti ilə həmin qruplar 14 gün müddətinə distant təhsilə keçirilib. 14 gün bitdikdən sonra yoluxmuş tələbə yenidən test verir və neqativ cavab çıxdıqda dərsə qayıdır. Artıq 2 qrup bu dövrü bitirib, ənənəvi təhsilə geri dönüb. Tələbələr arasında virusu ağır keçirən yoxdur. Tədris bu qaydalarla davam etdirilir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq