“10 il toylar oxu, qazan, ye-iç, sonra dövlətlə ad davası et”

18:24 20-10-2021 | icon 587 | Şou-biznes
“10 il toylar oxu, qazan, ye-iç, sonra dövlətlə ad davası et”

Xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruz sənət adamlarının fəxri ad almaq üçün qalmaqal yaratmasına münasibət bildirib.

 

Versus.az xəbər verir ki,  aktyor müğənnilər Firuzə İbadova, Tacir Şahmalıoğlu və Nadir Qafarzadənin fəxri ad alan sənətçiləri tənqid etməsinə belə reaksiya verib:

 

“Mənə çatmayan bilirsiz nədir? Axı bir insan necə fəxri ad almağa görə belə həyasızlıq edə bilər? İnsan necə hisslərini, paxıllığını gizlətməyə bilər? Qardaşım, özü üçün toylar aparıb, özü üçün yaşayıb, şellənən insan nəyin davasını edə bilər axı? Sən necə fəxri ad almaq üçün bu boyda hay-küy sala bilərsən? İllərlə teatrda əsl əməyi olan, əziyyət çəkənlər almayıb, hələ gözləyirlər, siz necə bunun davasını edə bilərsiz? Özünü məcburən xalqın artisti necə etdirə bilərsən? Niyə də? Axı niyə? Sözüm sırf Nadir Qafarzadəyə deyil! Ümumilikdə bu kimi davaları edənlərədir!

 

Atam yazıq hələ 1990-ların əvvəlində aldı “Əməkdar”ı da, “Xalq artisti” adını da... Hələ o illərdə şübhə ilə yanaşırdıq ki, tez aldı. Hansı ki, adam o adı alana qədər Həzi Aslanovu da oynamışdı və sair rolları da...

 

Sən burda 10 il toylar oxu, qazan, ye-iç, sonra dur dövlətdən ad almaq davası et, bunu bir-iki cavan aktyor da efirdə edib. Hansı ki, çox tezdir, ona görə yazdım. Qardaşım, bu “İnstaqram”dan “göy qaloçka” almaq deyil, hər istədiyinizdə bəhsə girib alasız! Tamam, deyək ki, sən dövlət tədbirlərində də olmusan, aparıcılıq etmisən, ifaçı olmusan, hansı olub etiraz etmədən getmisən, amma sən toy ab-havası ilə tanınmısansa, gözləmə nəsə! Bu bildiyiniz fəxri addır ad, ad fəxri ad! 

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq