“Məsələləri dövlət başçısına çox ustalıqla çatdırırıq”

16:17 26-12-2017 | icon 448 | Siyasət
“Məsələləri dövlət başçısına çox ustalıqla çatdırırıq”

“Canlı, ideoloji bombayıq və hara düşürüksə, oranı şil-küt edirik”

“Mən düşünürdüm ki, Fazil Məmmədov vergilər naziri vəzifəsindən həbs olunaraq çıxarılacaq. Ancaq buna az qalıb. Yaxın vaxtlarda o məsələ də həll ediləcək. Ona görə ki, Fazil Məmmədov dövlətə böyük ziyanlar vurub”.

Versus.Az xəbər verir ki, bu fikirləri “Yeniavaz.com” saytına açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib:

“Fazil Məmmədov 4,5 milyarddan çox vəsaiti müəyyən yollarla Azərbaycandan xaricə çıxarıb. Onun xalqdan, dövlətdən gizlətdiyi 4,5 milyard üzə çıxmalıdır. Artıq yeri də bəllidir, kimlər vasitəsi ilə hara göndərib hamısı məlumdur. Əminəm ki, yaxın vaxtlarda istintaq qarşısında cavab verəcək. Bir o deyil, bir neçə nazirlər var. Yaxın günlərdə onların bir hissəsi də qanun qarşısında cavab verməli olacaqlar. Azərbaycan dövlətini bunlar talan eləyirlər, Azərbaycan xalqının malını özlərinin malı hesab edirlər. Bunların gözü doymur. Fikirləşmirlər ki, millət nə vaxtsa bunlardan haqq-hesab tələb edəcək. Dövlət başçısının onlara qarşı bu cəzalandırma siyasəti uğurlu siyasətdir. Onlar elə düşünürlər ki, Prezident bunu bilmir. Prezident hər şeyi bilir. Bəzi məsələlərin hamısını biz dövlət başçısına çox ustalıqla çatdırırıq. O da yoxlayır və görür ki, bizdə olan məlumatlar hamısı düzdür. Sonra da tədbir görürlər”.

Yaxın vaxtlarda sensasiyalı hadisələrin baş verəcəyini deyən partiya sədri bildirib ki, həbslər gözlənilir:

“Onların dövlətdən oğurladıqlarının, ölkə Prezidentindən gizlətdiklərinin, yalan danışmalarının üstü açılacaq. Bu gün heç kim toxunulmaz deyil. Məmurların əksəriyyəti 1750 manat maaş alıblar. Neçə il işləyiblərsə, haradan nə qədər mükafat alıblarsa, hamısı hesablansın və milyardlıq malikanələrinin hamısı üzə çıxarılsın. Hamısı xalqa qaytarılmalıdır. Necə ki, Ziya Məmmədovun var-dövlətinin bir hissəsi əlindən alındı, Fazil Məmmədovla bağlı proses başlayıb, Eldar Mahmudovun var-dövləti ilə bağlı proses gedir və bunların hamısı bizim gözümüzün qarşısında olan hadisələrdir.

Düşünürəm ki, yaxın günlərdə Azərbaycan xalqı Prezidentin daha cəsarətli addım atmasının şahidi olacaq. Biz həmişə qardaşımızın yanındayıq, onun arxasındayıq, canlı, ideoloji bir bombayıq və hara düşürüksə, oranı şil-küt edirik. Hər halda görürlər ki, Müasir Müsavat partiyasının sədri, 3 dəfə Prezidentliyə namizəd olmuş, növbəti Prezident seçkilərində iştirak edəcək şəxsin dediklərinin hamısı öz təsdiqini tapır. Əminəm ki, dövlətə, dövlət başçısına xəyanət edən, orda-burda danışan insanların hamısının axırına çıxacağıq”.

Hafiz Hacıyev bu günlərdə yayılan və Fazil Məmmədov olduğu deyilən səs yazısına qulaq asdığını da vurğuladı:
“Mən onun səsinə qulaq asdım. Bəli, həqiqətən, Fazil Məmmədov idi. Bilir ki, var-dövlətinin siyahısı hamısı əllərdədir, ona görə də çox pis əhvali-ruhiyyədədir. Mən bunu heç kimə arzu eləməzdim”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi