Monqol əsilli cüdoçumuz yığmaya qayıtdı

11:29 29-10-2021 | icon 532 | İdman
Monqol əsilli cüdoçumuz yığmaya qayıtdı

5-7 noyabr tarixlərində iki illik aradan sonra cüdo üzrə “Böyük Dəbilqə” turniri Bakıda keçiriləcək.

 

Versus.Az xəbər verir ki, bu yarışda meydan sahibi olduğumuzdan, Azərbaycanı ən çox idmançı təmsil edəcək.

 

Belə ki, 33 cüdoçunun adı turnir üçün sifariş olunub. Bunlardan 25-i kişi, 8-i qadın cüdoçulardır.

 

Heyətdə dəyişikliklər var. Məsələn, kişilərdə Kəramət Hüseynov (-60 kq), Murad Fətiyev (-81 kq), Zelim Kotsoyev (-100 kq) müəyyən səbəblərdən yığmaya çağırılmayıb. Davud Məmmədsoy (-60 kq) və Elmar Qasımov (-100 kq) isə yığmadan uzaqlaşdırılıb.

 

Qadın millimizdə Leyla Əliyeva (-48 kq) və Gültac Məmmədəliyevanın (-52 kq) çağırılmaması diqqət çəkir. Son Olimpiadada cüdo üzrə yeganə mükafatçımız İrina Kindzerskayanın (+78 kq) iştirak etməməsi yarışda bu çəkidə təmsilçimizin olmamasına işarə edir. Ən diqqətçəkən məqam isə uzun fasilədən sonra Monqolustan əsilli cüdoçumuz İçinxorloo Munxtsedevin yığmaya qayıdışıdır.

 

Kişilər: Balabəy Ağayev, Rövşən Əliyev, Əhməd Yusifov, Turan Bayramov (hamısı -60 kq), İbrahim Əliyev, Orxan Səfərov, İsmayıl İbrahimov, Tofiq Məmmədov (hamısı -66 kq), Hidayət Heydərov, Rüstəm Orucov, Telman Vəliyev, Rüfət Məmmədov (hamısı -73 kq), Elcan Hacıyev, Ömər Rəcəbli, Kərim Məmmədov, Hasil Cəfərov (hamısı -81 kq), Rüfət İsmayılov, Vüqar Talıbov, Məmmədəli Mehdiyev (hər üçü -90 kq), Adil Kərimli, Ruslan Nəsirli, Kənan Abdullaxanlı (hər üçü -100 kq), Uşanqi Kokauri, Camal Feyziyev, Hüseyn Məmmədov (hər üçü +100 kq)

 

Qadınlar: Aişə Qurbanlı, Şəfəq Həmidova (hər ikisi -48 kq), Zeynəb Məmmədova, Ülviyyə Bayramova (hər ikisi -52 kq), İçinxorloo Munxtsedev (-57 kq), Aytac Qardaşxanlı (-63 kq), Günel Həsənli, Südabə Ağayeva (hər ikisi -70 kq)

Qeyd edək ki, bu yarışda 31 ölkədən 208 cüdoçu (137 kişi və 71 qadın) mübarizə aparacaq. Yarış iştirakçılarından ən reytinqliləri Vaja Marqvelaşvili (Gürcüstan) və Tsoqtbaatar Tsend-Oçirdir (Monqolustan).

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq