ÇL-də gecənin nəticələri

10:59 04-11-2021 | icon 417 | İdman
ÇL-də gecənin nəticələri

Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turuna yekun vurulub.

 

Versus.Az oxu.az-a istinadən xəbər verir ki, gecənin mərkəzi görüşü İngiltərənin Liverpul şəhərində baş tutub. Eyni adlı komanda Madriddə 3:2 yendiyi son İspaniya çempionu “Atletiko”nu qəbul edib. “Mersisaydlılar” yenə azlıqda qalan rəqibindən 2:0 hesabıyla üstün olmaqla pley-offa vəsiqəni vaxtından əvvəl təmin edib.

 

Bununla da, “Liverpul” “Bayern” və “Yuventus”dan sonra adını növbəti mərhələyə yazdıran üçüncü klub olub.

 

C qrupunda isə Niderland "Ayaks"ı Almaniyada "Borussiya" (Dortmund) komandası üzərində əzmkar qələbə sayəsində vaxtından əvvəl növbəti mərhələyə yüksəlib - 1:3

 

“Sportinq”- “Beşiktaş” oyunundan öncə matçın keçirildiyi Lissabonda xoşagəlməz hadisələr yaşanıb. Yerli tərəfdarlar “Beşiktaş”lı azarkeşlərə dəyənək, dəmir boru və kəmərlərlə hücum ediblər. Hücum nəticəsində İstanbul klubunun xəsarət alan üç tərəfdarı xəstəxanaya yerləşdirilib. Meydançada isə Türkiyə Superliqası təmsilçisi ötən tur doğma sahədə üzləşdiyi 1:4 hesablı acı məğlubiyyətin qisasını ala bilməyib və bu azmış kimi, öz qapısından dörd cavabsız qol buraxaraq yenə rüsvay olub.

 

Çempionlar Liqası

IV tur

A qrupu

“Mançester Siti” (İngiltərə) – “Bruqqe” (Belçika) 4:1

“Leypsiq” (Almaniya) – PSJ (Fransa) 2:2

B qrupu

“Milan” (İtaliya) – “Portu” (Portuqaliya) 1:1

“Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) 2:0

C qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Ayaks” (Niderland) 1:3

“Sportinq” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) 4:0

 

D qrupu

“Real” (İspaniya) – “Şaxtyor” (Ukrayna) 2:1

“Şerif” (Moldova) – “İnter” (İtaliya) 1:3

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq