“Böyük Dəbilqə”də daha iki medal qazandı

12:21 07-11-2021 | icon 545 | İdman
“Böyük Dəbilqə”də daha iki medal qazandı

Heydər Əliyev adına İdman Sarayında keçirilən Bakı “Böyük dəbilqə” beynəlxalq turniri davam edir.

 

Yarışın ikinci günündə Azərbaycan cüdoçuları daha 2 medal qazanıblar.

 

Əvvəlcə Hidayət Heydərov bürünc medal görüşünə çıxıb. Yetmiş üç kiloqram çəkidə çıxış edən idmançımızın rəqibi almaniyalı Lukas Vennekold olub. Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Qızıl xal bölümündə vazari ilə qalib gələn Hidayət Heydərov 3-cü yeri tutub.

 

Səksən bir kiloqram çəki dərəcəsində mübarizə aparan Elcan Hacıyev də eyni uğuru təkrarlayaraq, bürünc medala sahib olub. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Hasil Cəfərovu məğlub edib.

 

Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 1 qızıl, 1 gümüş və 3 bürünc medal var. Mötəbər yarışın ilk günü Orxan Səfərov (66 kq) qızıl, İçinxorlu Munxtsedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq) isə bürünc medala sahib olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ