Aktrisa evindən ruhları qovmasından danışdı

10:29 10-11-2021 | icon 364 | Şou-biznes
Aktrisa evindən ruhları qovmasından danışdı

Meksika əsilli amerikalı aktrisa Salma Hayek evindən ruhları necə qovmağa çalışdığını danışıb. Bu barədə o, “Ellen Deceneres ilə şou”da açıqlayıb.

 

55 yaşlı məşhur şəxs paranormalla şəxsən qarşılaşmadığını deyib. Lakin onun Londondakı evində qohumları və qulluqçuları evdə işıqların kortəbii yanması və sönməsindən, pianonun öz-özünə ifasından, qapı-pəncərənin açılıb-bağlanmasından şikayətləniblər.

 

Hayekin qızı Valentina da ruhları gördüyünü deyib:

 

“Ailəmi sakitləşdirdim və dedim ki, bu işlərlə məşğul olan bir nəfəri tapıb gətirərəm. Bu doğru olmasa belə, heç olmasa, hər şeyin bitdiyini düşünərək psixoloji cəhətdən sakitləşəcəkdilər”.

 

Artistin sözlərinə görə, evinə gələn paranormal varlıqlar mütəxəssisi ailəsini daha çox qorxudub. Belə ki, o, 20-yə yaxın kabus saydığını deyib.

 

Hollivud ulduzu bununla belə, ruhların hamısının onun evini tərk etmədiyini bildirib. Belə ki, medium, hansısa rahibəyə aid olan ruhlardan birinin evdən çıxmaq istəmədiyini deyib:

 

“O, təkid edirdi ki, bu rahibədən yaxşı enerji gəlir və o, qalır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq