“Nazirlər öz kürsülərində mamır bağlayıblar” – MÜSAHİBƏ

17:56 25-12-2017 | icon 643 | Siyasət
“Nazirlər öz kürsülərində mamır bağlayıblar” – MÜSAHİBƏ

“Mənim qardaşım bilməlidir ki, bu insanlar Azərbaycanı bataqlığa çəkmək istəyirlər”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Versus.Az-a müsahibəsi.
(Müsahibənin əvvəli bu linkdə)

– Fazil Məmmədovun yerinə gələn təhsil naziri sizcə vergilərdəki problemləri həll edə biləcək?

– Mənim yaltaqlıqla işim yoxdur. Heç bir nazirin bir qismət çörəyini yeməmişəm, başqaları kimi təmtəraqlı həyat yaşamıram. Yəni heç bir məmurun, hansısa nazirin yanında gözükölgəli işim yoxdur. Səmimi etiraf edəcəm, düzdür, Mikayıl müəllim təhsildə elə bir müsbət ad qoyub getmədi. Elə tək tarix kitabımızdakı erməninin əlinə “kozr” verən səhvi misal çəkmək kifayətdir. Amma Mikayıl müəllimin iqtisadiyyat sahəsində potensialı var. Əgər səmimidrsə, ölkə prezidentinin etimadını doğruldacaq. Mən özüm nazir olmuşam, bilirəm ki, bu işdə sədaqətlik, təmizlik prinsipi əsasdır. Tamahına tət deməlisən. İstərdim ki, Mikayıl Cabbarov təhsildəki səhvlərini vergilərdə düzəltsin. Elə təsəvvür etsin ki, bu cür etimad ona təzə verilib. Ciddi kadr islahatları aparmalıdır, çünki orda üstünü açmalı olduğu oğurluqlar, mənimsəmələr var. Fazil Məmmədovun əlində olan oğurladığı pellar qaytarılmalıdır. Mikayıl müəllib çalışıb Vergi orqanını dirçəltməlidir.

“Oğurlanan pulların yığılması üçün ümumxalq fondu yaradılmalıdır”

– Hafiz bəy, siz həmişə deyirsiz ki, vəzifəsindən çıxarılan nazirlər mənimsədikləri pulları geri qaytarmalıdırlar. Siz qaytarılma prosesini necə mümkün sayırsınız. Ümumiyyətlə o pulları onlardan geri almaq mümkündürmü?

– Bir fond yaradılmalıdır, adı da ÜMUMXALQ FONDU olmalıdır. Nazirlərin oğurladıqları əllərindən alınaraq həmin fonda yığılsın və nəzarət edilsin ki, ordan da kimlərsə oğurlamasın. Xalqın kasıb təbəqəsinə həmin fonddan yardım edilsin. Oğurlanan pullar müharibə veteranlarına, şəhid ailələrinə, orduda olanların ailələrinə yardım kimi verilməlidir. Belə olarsa xalq bu dövlətdən narazı qalmaz.
O məmurlar mənim qardaşımı nüfuzdan salmaq, dövlətimizin adına xələl gətirmək üçün cidd-cəhdlə çalışsalar da, Müasir Müsavat Partiyası anındaca onları ifşa edib sıradan çıxarır.

Mən istərdim ki, Korrupsiya qarşı Mübarizə Baş İdarəsi də bir hərəkətə gəlsin. Məsələn, mənim hörmətli əziz dostum Zakir Qaralov bu nazirlərin müdafiəsi rolundan əl çəksin. Yoxlamalar aparılması göstərişini versin. Niyə indiyənə kimi Fazil Məmmədovun malı-mülkü yoxlanılmırdı? Fazil Məmmədovun müxtəlif ölkələrdə qoyduğu sərmayədən guya xəbərsiz olublar? Bu barədə mənim məlumatım varsa, onların niyə yoxdur? Kamran müəllim niyə gözündəki qara eynəyi çıxarıb görmürdü ki, Fazil Məmmədov bu ölkəni talan edir, xalqı prezidentdən narazı salan hərəkətlərə yol verir? Axı prezident sizləri o postlara təyin edib ki, ona kömək edəsiniz. Beləmi kömək edəcəkdiniz? Hamınızın rahat kabinetləri, altınızda bahalı maşınlarınız, katibələrinizin barmağında 150 minlik brilliant… Hansı pulla alırsıznız? Deməli, siz də onlara qoşulubsuz, onların oğurladıqlarına şəriksiniz.

“17-20 illik nazir olmaz”

– Niyə yaranır bu vəziyyət, nə etmək lazımdır ki, yaranmasın?

– Bütün bunlar bilirsiniz niyə baş verir? 17-20 illik nazir olmaz. Hələ bu azmış kimi istəyirlər ki, özləri vəzifədən gedəsi olacaqları halda onların yerinə öz övladları, qohumları gəlsin. Özü də az qala tələb kimi ortaya atırlar bunu.

Elə bilirsiz korrupsuya idarəsi bunlardan xəbərsizdir, görmürlər. Elə yaxşı bilirlər ki. Sadəcə, vaxt udmaqdan ötrü özlərini görməzliyə vururlar, müəyyən ajiotajlar yaradırlar. Məsələn, birinci devolvasiyanı yadınıza salın, Füzuli rayonunda mitinqi təşkil edən kim olmuşdu? Həmin rayonun icra nümayəndəsi, adlarını çəkmək istəmədiyim digər şəxslər. Bu, hardan qaynaqlanırdı, yuxarılardan. Niyə, çünki mənim əziz qardaşım demişdi ki, kadr islahatlarına başlayacam. Bunlar da prezidentə təzyiq göstərmək üçün camaatı ayağa qaldırırdılar, xaos yaradırdılar ki, prezidentin başı ölkədaxili sabitliyin bərpa edilməsinə qarışsın. Məsələn, Kərimov Əlini çağırıb pulunu verirlər, deyirlər get mitinq keçir, prezidentin başı qarışsın. Bu gün niyə mitinq keçirmir Kərimov Əli? Yaxud, kimisə həbs etdirib xaricin qınağını Azərbaycana yönəldirlər. Sadalamaqla bitmir bunların xəyanətkar əməlləri.

“Başları anti-İlham təbliğatına qarışıb”

Məsələn, prezident sahibkarlarla bağlı tapşırıq verdi. Gəlin görək hansı icra başçısı sahibkarlarla maraqlandı? O icra başçılarının və nümayəndələrinin başları anti-İlham təbliğatına qarışıb. Ölkədə nə problem olursa, deyirlər prezidentlikdir. Axı prezident hardan bilsin ki, sən onun etimadından suistifadə edib, rüşvət alırsan, bu xalqı incidib dövlətə qarşı çıxarırsan? Nə vaxta kimi ki, prezidentə hesabat verən, onun qəbuluna girənlər düzgün məlumat vermirlər, xalq bu cür acınacaqlı yaşayacaq, prezidentindən narazı qalacaq. Çünki o məmurlar yaradır bu vəziyyəti, istəkləri də elə budur ki, əhali prezidentdən narazı olsun.

Bir xatırlatma verim, bu günlərdə bir şəhid ailəsi Əlibayramlının icra başçısının kabinetinə gedib şikayət üçün, o da deyib sənin ərin məndən ötrümü şəhid olub? Baxın, prezident və onun xanımı şəhid ailəsiylə görüşüb, yas mərasimində iştirak edir, rayon icra hakimiyyətinin başçısı deyir ki, sənin ərin məndən ötrümü şəhid olub? Bu hərəkət dövlətin əleyhinə işləmək deyilmi? Bu yaxınlarda eşitdim Bərdədə yeganə 2-ci müharibə veteranı rəhmətə gedəndə onun ailəsinə qadağa ediblər ehsan verməyi. Mən başa düşürəm, yas mərasimlərində israfçılığa yol verilməməsi üçün məsləhət xarakterli tövsiyyələr verilir camaata. Amma axı o veterana hörmət əlaməti olaraq bu qadağa onun yasında qoyulmamalıydı, güzəştə getməliydilər, hətda rayon icra  başçısı sonuncu veteranı üçün vida mərasimi düzənləməliydi. Onda o rayonun camaatı dövlətdən narazı düşməzdi bu diqqətsizliyə görə.

İsrafçılığa gəlincə, bu təkcə yas mərasimlərinə şamil edilməməlidir. Bir şadlıq saraylarına da baş çəksinlər. Dövlətin ideoloji strukturu normal işləmədiyi üçün bu cür vəziyyətlər yaranır. Prezidenti təhqir edənlər bu gün vəzifələrdədir, prezidenti müdafiə edənlər isə ac-yalavac gündə qalıblar. Misal da göstərə bilərəm, “Yeni Müsavat” qəzetinin padşivkalarını saxlamışam, istəsəniz göstərərəm, o qəzetin vaxtilə jurnalisti olan xanım, hansı ki, yazılarının birində demişdi ki, kim Heydər Əliyevin ölüm xəbərini mənə birinci desə, üzüyümü ona verəcəm. İndi həmin xanım hakimiyyət yetkililəri tərəfindən yaxşıca maliyyələşdirilir, gedib bir 5 il də deputat oldu, bu gün də Azərbaycan televiziyalarında camaata ağılöyrədənlik edir.

“Soruşuram, ay prezident olmaq istəyən namizəd…”

– Prezident seçkilərinə hazırlıq işləriniz necə gedir?

– Kimlərsə prezidentliyi o qədər asan hesab edir ki, sanki iki vur ikidir. Prezidentlik iki vur iki deyil. Baxın, ölkə başçısı necə böyük “kit”lərlə döyüşür. Soruşuram, ay prezident olmaq istəyən namizəd, sən onun kimi böyük dövlətlərdə o cür kəskin çıxışlar edə bilərsənm? Əlbətdə ki, bacarmazsız. Bəs onda niyə imkan vermirsiniz işləsin?
Təəssüflər olsun ki, bizim bəzi nazirlər də nazir olmağa uşaq oyunu kimi baxırlar. Ona əmir ver, buna əmir ver, onu incit, bunu dövlətdən narazı sal vəssalam. Bizim vəsifədə olanlarımızın vəzifəsi bundan artıq görünmür. Sanki nazirlik kürsüsü bunlara ona görə həvalə edilib ki, o kürsüdə mamır atın, amma bu xalqa xeyir verməyin. Nazirlər öz kürsülərindən bərk-bərk yapışıb ordaca mamır bağlayıblar, “qocalar evi”nin yarıtmazları da onlar kimi. Mənim qardaşım bilməlidir ki, bu mamır bağlamış insanlar Azərbaycanı bataqlığa çəkmək istəyirlər. Bunların vicdanları yoxdur, vicdanları donub. Camaat etiraz səslərini qaldıran kimi deyirlər ki, biz nə edək, prezidentlikdir. Adamın vicdanı olar, prezident sizə deyir ki, aparın bir evi 10 adama satın?

“Mən niyə Cəmil Həsənliyə “pas” verirəm ki…”

Diqqət edirsinizmi, Azərbaycan bir nöqtədən qınaq obyektinə tuş gəlir – korrupsiyadan. Bu gün beynəlxalq alımdə deyirlər ki, Azərbaycanda korrupsiya baş alıb gedir. Mən niyə Cəmil Həsənova “pas” verirəm ki, o da gedib ağzına gələni danışsın? Görürsünüzmü, mitinqlərdə prezidentdən başqa ikinci bir adamın adını çəkmirlər. Bunu edən hakimiyyətin daxilində Kərimov Əliyə pul veri onu meydanlarda qışqırdanlardır. Mən onlara qarşı çıxıram. Qətiyyətlə deyirəm ki, ölkə prezidentini, mənim əziz qardaşımı məndən başqa müdafiə edən ikinci bir adam yoxdur. Hakimiyyətdə olan o QOCALAR EVİndəkilərin hamısı prezidentə qarşı çıxır.

– Sosial şəbəkələrdə və mətbuatda növbəti nazirin istefasıyla bağlı müxtəlif fikirlər səslənir. Bəs Hafiz bəyin bu yöndə proqnozu necədir?

– Hamısı bir-birinin ardınca gedəcək. Bu günə-sabaha yenə gedənlər olacaq. Mən bilirəm növbədə hansı nazirdi və o da mənim əlimlə gedəcək. Yaxın günlərdə açıqlamalarım olacaq, jurnalistlər bir az tələsməsinlər, səbr edin, şok açıqlamalarım olacaq. Hələlik isə onu deyə bilərəm ki, bizim İctimai Palata ciddi işə başlayıb. İfşaedici kampaniyaya başlıyacağıq. Nazirlərimizin xaricdəki yatırımları, daxildəki mülkləri araşdırılıb üzə çıxarılacaq, prezidentə çatdırılacaq, jurnalistlərin vasitəsilə işıqlandırılacaq. Dövləti talan edib, xalqı prezidentin üstünə qaldıran məmurların axırına çıxacağıq. Bu işdə bu günə kimi prezidentin yanında olmuşuq, bundan sonra da qardaşlığımızı ləyaqətlə davam etdirəcəyik. Düzdür, mənə təzyiqlər olur, adicə maşını küçədə saxlayıram, çıxanda baxıram ki, təkərin havasını buraxıblar. Anonim zənglər edirlər ki, dilini saxla, səsini kəs. Amma bilsinlər ki, nə mən, nə partiyam xəyanətkar, xalqın pulunu oğurlayan məmurlarla mübarizədən əl çəkmiyəcəm, sonadək qardaşımı qoruyacam. Qardaşımın çörəyini yeyən məmurlar məni hədələyirlər. Qardaşım da soruşanda kimlərdir, adlarını deyirəm. İndi yavaş-yavaş onları layiq olduqları yerə göndərəcək.

– MMP-nin prezident seçkilərinə hazırlığı neçə gedir?

– Seçkilərə hazırlığımız yüksək səviyyədədir. Siyasi Şuranın iclasını keçirmişik və orada seçkiylə bağlı qərar vermişik ki, bu gün o qərar yüksək səviyyədə icra olunur. Rayon təşkilatlarımızda konfranslar keçirilir. Təşkilatlanma işləri yüksək səviyyədədir. Keçən il partiyanın qurultayını keçirsək də, fikrimiz var ki, mart-aprel aylarında növbədənkənar qurultay keçirək. Azərbaycanda konstruktiv müxalifətin də nə olduğunu bu xalq görəcəkdir. Növbəti dəfə prezidentliyə namizədliyimi verəcəm. Həmişə dediyim ki, bu prezident seçkisində də iki nəfərdən biri prezident seçiləcə – ya İlham Əliyev, ya da onun qardaşı Hafiz Hacıyev. Heç kim boş xəyala düşməsin ki, Amerika gətirib kimisə Azərbaycana prezident təyin edəcək. Amerika getsin özünün daxili problemlərini həll etsin, sonra gəlib bizə ağıl öyrədər. Dediyim kimi, iki qardaşdan birimiz prezident olacağıq. Hər halda, seçki ərəfəsində məsləhətləşmələrimiz də olacaqdır. Xalqımızı tam əmin edirik ki, ikimizdən başqa onların dərdinə yanan yoxdur. Bu seçkilərdən sonra da Qarabağımızı geri qaytaracağıq.

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI