Serbiya və İspaniya DÇ-2022-də...

10:41 15-11-2021 | icon 374 | İdman
Serbiya və İspaniya DÇ-2022-də...

...Portuqaliya ilə İsveç pley-offa vəsiqə qazanıb

 

Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsində axırıncı turun ilk oyun gününə yekun vurulub.

 

Son tur olaraq, A və B qruplarında 4 görüş keçirilib. Qarşılaşmaların yekununda Serbiya və İspaniya yığmaları qrup qalibləri kimi Qətərdə təşkil olunacaq dünya çempionatına birbaşa vəsiqə qazanıb.

 

A qrupunda Portuqaliya Serbiya ilə ev oyununda hesabı erkən qolla açsa da, sonda məğlubiyyətlə üzləşib. Əzmkar hesabla qalib gələn, Serbiya millisi xalını 21-ə çatdıraraq, 1-ci yeri tutub.

 

Qrupun digər görüşündə İrlandiya səfərdə Lüksemburqa 3:0 hesabı ilə qalib gələrək, "cırtdanlar"la eyni miqdarda - 9 xal toplayıb və vurulan-buraxılan topların fərqində daha yaxşı göstəriciyə malik olduğu üçün 3-cü pilləyə yüksəlib.

 

B qrupunda isə İspaniya İsveçi minimal hesabla yenib və xalını 19-a çatdıraraq, skandinaviyalılardan 4 xal aralanıb. Qrupun digər oyununda Yunanıstan evdə Kosovo ilə 1:1 hesablı heç-heçə edərək, 10 xalla 3-cü yeri tutub.

 

Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa və Xorvatiya yığmaları DÇ-2022-yə vəsiqə qazanıb.

 

A qrupu

Lüksemburq - İrlandiya - 0:3

Qollar: Şeyn Daffi, 67. Çidozi Oqbene, 75. Kallum Robinson, 88

 

 

Portuqaliya - Serbiya - 1:2

Qollar: Renatu Sançiş, 2 - Duşan Tadiç, 33. Aleksandar Mitroviç, 90

 

 

Xal durumu: Serbiya - 20, Portuqaliya - 17, İrlandiya - 9, Lüksemburq - 9, Azərbaycan - 1

 

B qrupu

 

Yunanıstan - Kosovo - 1:1

Qollar: Yorqos Masuras, 44 - Amir Rrahmani, 76

 

İspaniya - İsveç - 1:0

Qol: Alvaro Morata, 86

 

 

Xal durumu: İspaniya - 19, İsveç - 15, Yunanıstan - 10, Gürcüstan - 7, Kosovo - 5

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq