Bu barədə Təhsil Nazirliyinin “WhatsApp”ına yazmaq olar

13:45 16-11-2021 | icon 528 | Təhsil
Bu barədə Təhsil Nazirliyinin “WhatsApp”ına yazmaq olar

Payız-qış mövsümü ilə əlaqədar noyabrın 1-dən respublikanın dağ və dağətəyi ərazilərində, 15-dən isə digər bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması prosesinə başlanılıb.

 

Təhsil Nazirliyindən bildirilib ki, ölkə ərazisində ümumtəhsil məktəblərinin istiliklə təminatında yarana biləcək məsələlərin araşdırılması və həlli üçün Təhsil Nazirliyində operativ informasiya qrupu yaradılıb. Bu qrup məktəblərin istiliklə təchizatında qeydə alınan  məsələlərlə məşğul olacaq.

 

Nazirliyin 146-1 və Bakı şəhəri üzrə Təhsil İdarəsinin 146-5 Çağrı Mərkəzləri ilə əlaqə yaratmaqla və yaxud qurumun rəsmi “Whatsapp” xidmətinə (051 206 78 48) yazmaqla operativ qruplara müraciətləri yönləndirmək mümkündür. 

 

Qeyd edək ki, ölkə ərazisində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 62 faizində istilik mərkəzləşdirilmiş qaydada, digər hissəsində isə müxtəlif vasitələrlə (odun, dizel, elektrik radiatoru) təmin olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq