Deputat batalist rəssam Cəmaləddin Dərbəndli ilə görüşüb

15:29 23-11-2021 | icon 543 | Mədəniyyət
Deputat batalist rəssam Cəmaləddin Dərbəndli ilə görüşüb

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, AMEA-nın Tarix İnstitutunun əməkdaşı, batalist rəssam Cəmaləddin Dərbəndli (İsmayılov) ilə görüşüb.



Versus.Az xəbər verir ki, Q.Paşayeva qanlı savaşların, döyüş səhnələrinin olduğu kimi təsvirini tələb edən batal janrının ölkəmizdə inkişafında özünəxas xidmətləri olan rəssamı yeni yaradıcılıq uğurları münasibəti ilə təbrik edib, uğurlar diləyib:

 

“Sizin xalq qəhrəmanlarımızın, tarixi şəxsiyyətlərimizin döyüş zəfərlərini sənətin bənzərsiz gücüylə tərənnümünüz sənət ictimaiyyətimizə bəllidir.

Vaxtı ilə batal janrı Azərbaycan rəssamlığında özünəməxsus yer tutub. Bir çox rəssamlarımız əsərlərində savaş səhnələrini sənətkarlqıla təsvir edib. Çağdaş rəssamlarımızsa bu janra o qədər də çox müraciət etməyib.

Siz Təhsil Nazirliyində baş rəssam kimi çalışmısız, dərslik və bədii kitabların tərtibatı ilə peşəkarlıqla məşğul olmusuz. Azərbaycan Prezidentinin Sərəncamı ilə dünya ədəbiyyatının latın qrafikalı əlifba ilə yenidən nəşr olunmasında, o cümlədən Azərbaycan Dövlət Ensiklopediyasının tərtibatında yaxından iştirak etmisiz.

Siz Heydər Əliyev Fondunun təşkil etdiyi bir çox layihələrdə yaxından iştirak etmisiz.

“Renesans” əsəriniz ictimaiyyət arasında böyük marağa səbəb olub. Siz “Renesans”da bütün dünya incilərini bir araya topla Bəşəriyyətin ən yüksək inkişaf nöqtəsi olan mədəniyyət və incəsənətin intibah dövrünün əsas xüsusiyyəti mədəniyyətin mahiyyətcə kübar xarakter alması və insanı ön plana çıxarmasıdır. Ancaq bugünkü görüşümüz sizin möhtəşəm "Şuşa Zəfəri" və "Malazgirt" əsərlərinizlə bağlıdır. Biz təklif edirik ki, bu əsərləriniz başda olmaqla sizin tematik sərginizi təşkil edək, sənət ictimaiyyətimiz sizin əsərlərlə daha yaxından tanış ola bilsin".



C.Dərbəndli görüş və sərgi təklifi üçün Komitə sədrinə təşəkkür edib.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq