Tələbələrin NƏZƏRİNƏ

14:40 24-11-2021 | icon 419 | Təhsil
Tələbələrin NƏZƏRİNƏ

Universitet üçün yeni yataqxanalar tikiləcək

 

Bakı Dövlət Universitetinin yeni yataqxanalarının tikilməsi üzərində iş gedir. 

 

Versus.Az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev məlumat verib. 

 

O bildirib ki, bununla bağlı dövlət-özəl tərəfdaşlığı əsasında hər həftə müzakirələr aparılır:

 

“Universitetin 225 nəfərlik yataqxanası əsaslı şəkildə təmir olunub və tələbələr üçün lazımi vəsaitlərlə təmin olunub. Universitetin əvvəlki tələbə şəhərciyində xoşagəlməz vəziyyət var idi. Oranı hasarladıq və indi ərazi xüsusi mühafizə altındadır, kənar şəxslərin girişi mümkün deyil”. 

 

Rektor əlavə edib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində Bakı Dövlət Universitetinin köhnə yataqxanası ərazisində müasir səviyyədə tələbə şəhərciyinin salınması nəzərdə tutulur: 

“Hazırda layihələr üzərində işləyirik. Ən yüksək səviyyədə müasir tələblərə cavab verən yataqxana kompleksləri üzərində iş gedir. Hətta ilkin layihələr var, onlar estetik və texniki imkanlar baxımından gözəl layihələrdir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq