Orduxan Qəhrəmanzadə ATGTİ-nin yeni Baş katibi təyin olunub

08:39 27-11-2021 | icon 464 | Təhsil
Orduxan Qəhrəmanzadə ATGTİ-nin yeni Baş katibi təyin olunub

Noyabrın 26-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) İdarə Heyətinin görüşü keçirilib.

 

ATGTİ-nin sədri Pərviz Mirələmlinin sədrliyi ilə keçirilən görüş zamanı təşkilatın baş katibi vəzifəsinə ADA Universitetinin 4-cü kurs tələbəsi Orduxan Qəhrəmanzadənin namizədliyi irəli sürülüb və yekdil qərar nəticəsində Orduxan Qəhrəmanzadə ATGTİ-nin yeni Baş Katibi təyin olunub.

 

Görüşdə eyni zamanda İttifaqın 2021-ci il üzrə fəaliyyəti təhlil olunub, İdarə Heyətinin qarşısında duran məsələlər müzakirə edilib. Əsas fəaliyyət istiqamətləri olan Tələbə Gənclər Təşkilatları (TGT) və tələbə klublarının fəaliyyətlərinin gücləndirilməsi, tələbələrlə əlaqələrin möhkəmləndirilməsi, gənclərin potensialının artırılması, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan zəfərin fonunda ölkəmizin maraqlarının beynəlxalq tələbə cəmiyyətində təşviq edilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkəmizin dövlət və özəl qurumları ilə əməkdaşlığın genişləndirilməsi üzrə atılan addımlar ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin İdarə Heyəti sözügedən fəaliyyət istiqamətlərini əhatə edib aktiv şəkildə davam edən  Hədəf 5%”, “Çətir və “Tea Talks” proqramlarının hazırkı icra prosesi ilə tanış olub, onların fəaliyyət planı ətrafında müzakirələr aparılıb.

 

ATGTİ sədri Pərviz Mirələmli görüş zamanı İdarə Heyəti üzvlərini aktiv şəkildə tələbələrin üzləşdikləri çətinliklərin həlli istiqamətində fəaliyyət göstərməyə və TGT-lərin fəaliyyətlərinin stimullaşdırılması üçün lazımi işlər görməyə çağırıb.

 

Bunlarla yanaşı görüşdə ölkə ərazisində davam edən Tələbə Gənclər Təşkilatlarının seçki prosesi və yaxın zamanda seçkilərin həyata keçiriləcəyi təhsil müəssisələrinin siyahısı haqqında məlumat da İdarə Heyətinin diqqətinə çatdırılıb. İdarə Heyətinin üzvləri də öz növbəsində mövcud proses barədə öz fikirlərini bölüşüb və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflərini irəli sürüblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”

BMT-də Fələstinlə bağlı səsvermə