Qarabağı erməni bəlasından necə xilas edək? – “1+” LAYİHƏSİNDƏ

15:46 22-12-2017 | icon 1135 | Layihə
Qarabağı erməni bəlasından necə xilas edək? – “1+” LAYİHƏSİNDƏ

Dosent Ağasəf İmran vs VİP sədri Əli Əliyev

Azərbaycanın Dağlıq Qarabağ ərazisinin erməni separatçılarından təmizlənməsi ilə bağlı aparılan müxtəlif aspektli müzakirələr  ictimai-siyasi mənzərənin ana xəttini təşkil etməklə yanaşı, ictimaiyyət arasında yeni polemikaların yaranmasına təkan verib. İctimai-siyasi sfera torpaqların işğaldan azad olunması ilə bağlı təkliflərlə çıxış edir.

Versus.Az mövcud mövzu ətrafında aparılan disskusiyaları “1 + ” rubrikasında təqdim edir.

Bugünkü disskusiyamızda alim, dosent Ağasəf İmran və siyasətçi, prezident namizədliyinə iddialı VİP sədri Əli Əliyev iştirak edib.

Dosent Ağasəf İmran ermənilərin Qafqaza köçürülməsindən sonra regionda cərəyan edən proseslərə diqqət çəkməklə maraqlı bir təkliflə çıxış edib. Siyasətçi bu təklifə vs yanaşıb.

“Erməniləri Qarabağa necə gətiriblərsə, o cür də aparsınlar…”

Ağasəf İmran: – Bilirik ki, ermənilər tarix boyu müxtəlif qitələrdə pərakəndə şəkildə yaşayıb. 1920-ci ildə isə sovet Rusiyasının hökmü ilə Azərbaycan və digər ərazilərdən zorla torpaqları qopardıb Qafqazda özlərinə dövlət qurublar. Yəni ermənilərin Qafqaza gəlmə olması hamıya aydındır. Bunun üzərindən 200 il keçib və artıq erməniləin növbəti köç vaxtıdır.  Təklif edirəm,  Rusiyadan xahiş edək ki, erməniləri regiona necə gətiriblərsə, o cür də aparsınlar. Bununla da Qafqazın – Qarabağın bütün problemi öz-özünə həll olunacaq.

A.İmran qeyd edib ki, Rusiya erməniyə bağışladığı bu torpaqları qan tökərək aldığı üçün təbii olaraq bu təklifdən imtina edə bilər:

“Ona görə də biz 2-ci şərtimizi önə çəkməliyik. Belə ki, Rusiya 300 il ərzində Azərbaycandan “öz malı” kimi daşıyıb apardığı neftin qiymətini hesablasa,  görəcək ki, bu işğal etdiyi o torpağın qiymətindən çoxdur. Biz təklif edirik ki, Rusiya uzun illər bizdən havayı aldığı neft pullarını kompensasiya kimi qəbul edib torpağı qaytarsın. Eyni zamanda nəzərə alsaq ki, ermənilər bir tərəfdən Türkiyədən, Gürcüstandan, Azərbaycandan torpaq istəməkdə davam edir, o zaman, bu tayfanın “türk əsarətindən” və bu dar yerdən çıxması üçün imkan yaratmaqla erməniyə yaxşılıq etmiş olacağıq.”

“Bu, psixoloji təsir vasitəsi kimi işləyə bilər”

A.İmran eyni zamanda Rusiyanın Qarabağdakı müharibə ocağını qəsdən yaratdığı üçün bu təklifə məhəl qoymayacağını deyib. Buna baxmayaraq hesab edir ki, bu xahiş həm də Azərbaycan ictimaiyyətinin dünyaya ideoloji mesajı olar və bu, psixoloji təsir vasitəsi kimi işləyə bilər.

A.İmran bildirib ki, təbii ki, Qafqazdakı bəlanın “erməni” adlandırılması bir bəhanədir. Etirazlarımız Rusiyaya qarşı yönəlməli və sözümüzü açıq şəkildə deməliyik.

xarici siyasət kursu düşünülmüş olmalıdır, ehtiyatlı və real imkanlara söykənməlidir:

“Biz bu toxumu səpməliyik, zaman-zaman cücərəcəyinə inanıram

“Bu o deməkdir ki, “cənab Rusiya, Qafqazı işğal edib erməniyə bağışladın, artıq işğaldan əl çəkməlisən! Taladın, dağıtdın, indi torpağımızı özümüzə qaytar. Bunu Qərb də eşitməlidir, Avropa da, BMT və digər beynəlxalq təşkilatlar da. Deyilməlidir ki, “cənab” Rusiya, erməniləri bir dəfə bura köçürmüsən, indi də apar Amura köçür, forpostunu orda qur.

Bu təklif ilk baxışdan utopya, xəyal kimi görünə bilər. Lakin burda əsas məqsəd psixaloji hücumdur. Erməni ilə rusa dərs vermək lazımdır ki, sənin yerin laxdır, sən buranın sahibi deyilsən. Amma mənim bir dosent kimi çıxış eləməyim heç bir fayda verməz. Bu işlər bir blok, partiya, dövlət komitəsi tərəfindən görülsə daha effektli olar.

Burdan belə görünə bilər ki, sanki Rusiya Qarabağ məsələsini həll etmk istəyir, amma bilmir necə etsin, biz də ona bu təklifi veririk.

Təbii ki, mən bunu bilirəm. Bu təkliflə Qərb dövlətlərinin, o cümlədən BMT-nin Rusiyaya təzyiqini artıra bilərik. Nə qədər effektsiz hesab olunsa da, biz bu toxumu səpməliyik, zaman –zaman cücərəcəyinə inanıram.

VS

VİP sədri Əli Əliyev: “Hörmətli Ağasəf müəllimin təklifi hələ yetişməyib”

VİP sədri bildirib ki, siyasət real sənətdir və bu cür təkliflərlə çıxış etmək siyasətçi üçün real deyil:

“Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizə aparan və ağlı başında olan heç bir siyasi qüvvə açıq surətdə Azərbaycanda təsir gücü kifayət qədər olan dövlətlərə qarşı sərt mövqe nümayiş etdirə bilməyəcək. Bu, o halda ola bilər ki, hökumətlə müxalifət arasında bir razılaşma olsun.

Bu cür emssional çıxışları yazıçılıq, şairlik, publisistik, ideoloji və sair sahələrdə çalışan şəxslər edə bilərlər. Çünki onların siyasi məsuliyyət yükü az olur. Onlar xalqın dərin maraqlarından başqa heç nə güdməməlidirlər.”

Ağasəf İmran: – Azərbaycan Rusiyanı işğalçı adlandırmalı və açır şəkildə bəyan etməlidir ki, ermənini bura necə gətirmisiniz, elə də çıxarın.

Ola bilər ki, Bizim gücümüz Rusiyaya çatmasın. Amma  biz o toxumu səpməliyik.” Pisixoloji təsir Qərbin də Rusiyaya qarşı təsir vasitəsi ola bilər. Qərb də nəhayət deyəcək ki, işğal etmisən çıxmalısan. Yaxud deyilməlidir ki, sən işğalçısansa nəyə vasitəçilik edirsən. Bu fikirləri psixoloji olaraq Ermənistan cəmiyətinə də yeritmək lazımdır. Erməni anlamalıdır ki, Qarabağa köçürdülüb və çıxıb getməlidir.

“Bu gün aparılan xarici siyasət kursu hesab edirəm ki, uğurludur”

Əli Əliyev: – Ağasəf müəllim, ölkənin daxili siyasəti ilə xarici siyasəti arasında köklü fərqlər var. Ölkə vətəndaşlarına münasibətlə, düşmənə, kənar qüvvələrə münasibət arasında fərqliliklər var. Azərbaycanın siyasi qüvvələrinin ölkə əhalisi haqqında fərqli düşüncəyə malik olması normal qəbul olunsa da, xarici çıxarları, düşmənə münasibəti yekdildir. Yəni bundan sonra hakimiyyətə hansı qüvvə gəlirsə gəlsin, Azərbaycanda balans siyasəti aparılmalıdır. Bu gün aparılan xarici siyasət kursu hesab edirəm ki, uğurludur. Bu baxımdan xarici siyasətə yönəlik, xüsusın Dağlıq Qarabağ kimi həlledici məsələnin ətrafında ölkənin daxilində bir konsersus, dünyaya göstərilməyən bir vəzifə, rol bölgüsü olmalıdır. O rol bölgüsü razılaşma nəticəsində meydana çıxarsa, o zaman hansısa siyasi qüvvə bu missiyanı üzərinə götürüb Rusiyaya qarşı sərt mövqe nümayiş etdirə bilər. Amma bugünkü reallıq ondan ibarətdir ki, Rusiya Azərbaycana öz ərazisində hərbi əməliyyat aparmağa maneə olur. Baş qərərgah rəisini Moskvaya çağıraraq əməliyyatın dayandırılmasını tələb edir. Azərbaycan tərəfi bununla razılaşır, çünki bunun fəsadlarını duyur. Aprel hadisələrinin 3-cü günündə artıq Dağıstanda yerləşən Rusiya hərbi qüvvələri hərəkətə gətirlilmişdi.

Ağasəf İmran: – Ermənistan şikayət edir ki, ərazim azdır. Rusiya cənubda – Rastovdan Saratova qədər olan Qıpçaq çöllərini versin onlara. O ərazilər Ermənistandan 5-dəfə böyükdür. Ermənilər də gedib istədikləri kimi yaşasınlar. Nə torpaq davası eləsinlər, nə də kasıbçılıq çəksinlər. Bu kiməsə utopiya görsənə bilər. Amma beləcə işğalçıya psixoloji təsir edilmlidir. İmkan yaratmalıdır ki, Qərb də bunu desin. Azərbaycan tərəfi Rusiyanın qarşısında məsələ qaldırmalıdır ki, erməni bəlasını Qafqaza sən gətirmisən, sən də təmizlə.

“Xarici siyasət kursu düşünülmüş olmalıdır”

Əli Əliyev: – Rusiya kimi amansız və aqressiv bir qonşu ilə güclərin qeyri-bərabər olduğu şəraitdə düşünülməmiş xarici siyasət kursu bizə ziyan gətirə bilər. Ən yaxşı nümunə kimi Ukraynanı göstərə bulərik. 50 milyonluq Ukrayna bu gün Rusiyanın hərbi müdaxiləsinin qarşısında dayana bilmir. Belə faktlar var. Ona görə də xarici siyasət kursu düşünülmüş olmalıdır, ehtiyatlı və real imkanlara söykənməlidir. Bu taktikadan istifadə etmək üçün hakimiyyət legitim və heç bir xarici dövlətdən asılı olmamalıdır. Amma təəssüf ki, Azərbaycanda bu haqda danışmaq çox tezdir. Ona görə də hesab edirəm ki, hörmətli Ağasəf müəllimin təklifi hələ yetişməyib. Amma ideya, piar kampaniyası, psixoloji təsir kimi, erməniləri torpaqlardan vurub çıxarmaq üçün çox normaldır. Bu yalnız təbliğat xarakterli ola bilər. Bu sür siyasət vahid dövlətin tərkib elementi olmalıdır. Qarabağ ümummili məsələdir. Ona görə də dövlət bu günkündən fərqli siyast aparmalıdır. Özü deyə bilmədiyini müxalifətin dili ilə deməlidir. Hətta müxalifətin dediyi tezislər absurd olmalıdır.

Ağasəf İmran: – İşğalçı Rusiyanın münaqişənin həllində vasitəçilik edə bilməyəcəyi məqamı qabardılmalıdır. Biz bu istiqamətdə çıxışlar edib, ideoloji təbliğatımızı aparsaq, Qərb də bu fikrin üzərinə gələcək. Mən bu fikrimdə qalıram, biz “o toxumu səpməliyik ki, yavaş-yavaş cücərsin.

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin