Partiya sədri: “Onlar elə xaricdə də çürüyüb öləsidirlər”

13:45 21-12-2017 | icon 483 | Siyasət
Partiya sədri: “Onlar elə xaricdə də çürüyüb öləsidirlər”

Facebook sosial şəbəkəsində yer alan və daha çox Azərbaycan hakimiyyətini hədəf kimi seçən “Made in Azerbaijan” səhifəsi növbəti dəfə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin adından dövlətə qarşı təhqiredici, ölkə prezidentini ittihamedici yazı dərc edib.

Versus.Az-ın məlumatına görə, bu barədə partiyanın sədri CNNBaku-ya danışıb. Hafiz Hacıyev adıçəkilən səhifənin havadarları və icraçılarına sərt cavab verib.

“Bu insanların əsas məqsədi əziz qardaşım İlham Əliyevlə mənim aramı vurmağa hesablanıb. Bugünki Azərbaycan müxalifəti gələcək prezident seçkilərində əsas rəqiblərdən biri kimi məhz məni gördükləri üçün çalışırlar suyu bulandırsınlar. Bu mümkün olan söhbət deyil. Biz iki qardaş nə lazımdırsa Azərbaycan xalqı üçün eləmişik və edəcəyik də! Əlilərin övladları, Aslanların yarı ermənidən olan, yarı kimdənsə olan uşaqları avropada oturub Hafiz Hacıyevlə İlham Əliyevin arasına girə bilməzlər. Dırnaqla ətin arasına girmək mümkün deyil!”

Hafiz Hacıyev deyib ki, ona və cənab prezidentə qarşı anti-kampaniya aparanların başında son illər adı erməniləri müdafiə etməkdə hallandırılan Aslan İsmayılov durur.

“Mənim qardaşıma qarşı çox aqressivdilər. Onlar elə xaricdə də çürüyüb öləsidirlər. Elə “cındır”ları biz Azərbaycana buraxası deyilik. Bizim dədəmiz Heydər Əliyev Azərbaycan xalqı üçün bu füsunkar dövləti, abadlığı, sabitliyi qoyub gedib. Bəzi gədə-güdələr bizi yolumuzdan döndərə bilməz. Artıq Aslan İsmayılovun özü yazır ki, vay, Hafiz Hacıyev prezident olsa bu birilərin (müxalifətin) günü qara gələcəkdir. Bunlar da belə çalışır ki, su bulandırmalar olsun. Biz safıq! Ona görə də onların yazdıqlarına heç kəs inanmır! Bu gün bu yazını yazan və yazdıranlar ermənilərə işləyən “cındır” dığalardır”!

CNNBaku qeyd edir ki, daxil olan informasiyaya görə, Facebookda Aslan İsmayılov və işçilərinin xeyli sayda saxta profil hesabı var və bu hesablar vasitəsilə onlar durmadan dövləti və dövlət rəsmilərini müxtəlif səhifələrdə təhqir edirlər!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı