Sınaq imtahanı YENİ MODELDƏ

11:24 03-12-2021 | icon 472 | Təhsil
Sınaq imtahanı YENİ MODELDƏ

Dekabrın 26-da Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə keçiriləcək sınaq imtahanı yeni imtahan modeli əsasında təşkil olunacaq.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, sınaq imtahanında iştirak etmək üçün qeydiyyat davam edir.

 

Məlumatda xatırladılıb ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il dekabrın 26-da Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.

 

Sınaq imtahanında iştirak etmək istəyənlər 16 dekabr saat 23:59-dək DİM-in internet saytında qeydiyyatdan keçə bilərlər.

 

Sınaq imtahanı 2020-ci ildə tətbiq edilməsi nəzərdə tutulan və ictimaiyyətə elan edilən, lakin pandemiyaya görə həyata keçirilməsi təxirə salınan imtahan modelinə uyğun keçiriləcək.

 

Burada abituriyentlərin dinləyib-anlama qabiliyyətləri də yoxlanılacaq. Həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan üç tapşırıqdan istifadə olunacaq.

 

İmtahanda abituriyentlərə 30 tapşırıq:

- dinləyib-anlamaya dair bir mətn və mətnə aid dörd (üç qapalı + bir yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq;
- oxuyub anlamaya dair iki mətn və hər mətnə aid səkkiz (yeddi qapalı + bir yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq;
- dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq təqdim edilir.

 

İmtahanın müddəti 1 saat 30 dəqiqədir. İmtahanda maksimum 100 bal toplamaq mümkündür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

BMT-də Fələstinlə bağlı səsvermə

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”