Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək

15:57 05-12-2018 | icon 492 | İdman
Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək

 

Dekabrın 18-dən 20-dək Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında ölkə çempionatı keçiriləcək.

 

Azərbaycan Güləş Federasiyasından Versus.Az-a verilən məlumata görə, Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunacaq yarışda 10 çəki (sərbəst - 57 kq, 61 kq, 65 kq, 70 kq, 74 kq, 79 kq, 86 kq, 92 kq, 97 kq, 125 kq, yunan-Roma - 55 kq, 60 kq, 63 kq, 67 kq, 72 kq, 77 kq, 82 kq, 87 kq, 97 kq, 130 kq) üzrə mükafatçılar müəyyənləşəcək.

 

Görüşlər hər gün saat 10:00-da başlayacaq. Yarımfinal və medallar uğrunda qarşılaşmalar saat 17:00-da start götürəcək. Turnirin açılış mərasimi dekabrın 19-da saat 16:30 başlayacaq.

 

Reqlamentə əsasən, ilk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Ertəsi gün bu növdə medal görüşləri keçiriləcək. Dekabrın 19-da sərbəst güləşçilərin mübarizəsinə də start veriləcək. Sərbəst güləşçilərin qızıl və bürünc medal uğrunda qarşılaşmaları isə dekabrın 20-də baş tutacaq.

Qeyd edək ki, çempionat "İdman Azərbaycan" telekanalı ilə canlı yayımlanacaq. Bakı İdman Sarayına giriş pulsuzdur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol