“Kim Qarabağı qaytarsa, onun daha çox hakimiyyətdə qalma şansı var”- Müsahibə -3

16:00 21-12-2017 | icon 487 | Siyasət
“Kim Qarabağı qaytarsa, onun daha çox hakimiyyətdə qalma şansı var”- Müsahibə -3

“İndi həmin dialoq mühiti yoxdur”

(müsahibə 1 və 2-nin linkləri – link-1, link-2)

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin Versus.Az-a müsahibəsi.

– Fuad bəy, bu gün ictimai-siyasi sferada, bir çox hallarda müxalifət partiyalarında seçki ilə bağlı hazırlıqlar kafi qiymətləndirilir. Yəni ictimaiətə “seçki aktivsizliyi”, “seçki sakitliyi” kimi fikirlər sızdırılır. Bu durum və məlum yanaşmalar sizin fəaliyyətinizə nədəsə maneə törətmir?

““Sakitlik” tufanın olacağını göstərir”

– Hamının etiraf etdiyi kimi, bu gün seçki aktivsizliyi var. Amma bu durum bizim fəaliyyətimizə hər hansı təsirini göstərmir. Biz işimizdəyik. Düşünürəm ki, bu sakitlik tufanqabağı sakitlikdir. Çünki sona qədər belə gedə bilməz. Bu “sakitlik” qarşıda “tufanın” olacağını göstərir. İstərdim ki, normal seçkilər, normal seçki mühiti olsun, iqtidarla müxalifət arasında dialoqlar yenidən keçirilsin. 2012-ci ildə bizim təmsil olunduğumuz qurumun təklifi ilə iqtidar-müxalifət dialoqu keçirilmişdi. Həmin il dekabrın 13-də olan birinci dialoqa daha çox inam var idi. Amma 2-3 görüşdən sonra inamsızlıq yarandı və hakimiyyət bu söhbəti bağladı. Ümumiyyətlə, iqtidar-müxalifət dialoqu baş vermədi. İndi həmin dialoq mühiti yoxdur. Bu mühiti iqtidar yaratmalıdır. Hərəkətə keçmək üçün onların özləri bunda maraqlı olmalıdır.

– Müxalifətin özünün dialoqu nə yerdədir?

– Müxalifətdə birlikdə olan mövcud qurumlardan biri bizim Siyasi Əməkdaşlıq Mərkəzi, biri də Milli Şuradır. Digərləri özlərini kənara çəkirlər.

– Görünür, yenə də səhv addım atacaqlarından çəkinirlər.

– Məncə onlar hardansa dəstək axtarırlar. Ancaq siyasi proseslərdə iştirak etmək təkcə seçki ərəfəsində deyil, hər zaman lazımdır. Əgər sən siyasətçisənsə, partiya sədrisənsə il boyu hərəkət eməlisən ki, ən azı cəmiyyət sənə səs versin, səni tanısın, hakimiyyətdə olan kimlərsə yox.

– Mövcud birlik yaradan qurumlardan biri kimi Milli Şuranı qeyd etdiniz. Bəllidir ki, bu qurumun nümayəndələri son mitinqdən sonra yekunda belə bəyan etdilər ki, “Milli Şura bu mitinqlərlə müxalifətin vahid gücü olduğunu ortaya qoydu”. Bu nə dərəcədə doğru mesaj idi?

– Hər bir təşkilat özünü müxalifətin aparıcı qüvvəsi kimi hiss edir və bu da normal yanaşmadır. Amma əgər biz ümummüxalifətin gücündn danışırıqsa, bu cür yanaşmalar da yanlışdır, ziyanımızadır. Tutaq ki, bu gün Liberal Demokrat Partiyası güclüdürsə, bu o demək deyil ki, sabah biz özümüzü kənara çəkməliyik. Güclüyüksə, biz gücləri birləşdirməliyik. Mən heç vaxt demərəm ki, hansısa partiya bizdən daha zəifdir. Biz o fikirdəyik ki, nə qədər zəif partiya olsa da, onlarla birləşib işləməliyik. Partiyalar toplaşıb vahid güc ortaya qoya bilər. Özünü aparıcı hesab edib, mitinqləri zəif keçirmək özlərinə ziyan oldu.

“Onlara daha çox müxalifətdə lider olmaq maraqlıdır”

– Hər bir partiyanın öz strateji məqsədləri var və məqsədlərinə çatmaq üçün müxtəlif yollar seçirlər. Mənə görə bizim partiya üçün onlar rəqib deyillər, yeri gələndə müttəfiqdirlər. Onların özlərini nə dərəcədə aparıcı hiss etmələrindən asılı olmayaraq, bu bizim üçün vacib deyil. Bizim üçün əsas məqsəd bu iqtidarla mübarizə aparmaqdır. Bu yolda kim mübarizə aparır, onlar bizə müttəfidir. Desəm ki, Liberal Demokrat Partiyası ən güclü partiyadır və heç kəsi tanımırıq, heç nəyə nail ola bilmərik.

Müxalifət çox səhvlər buraxdı. Amma bu səhvlərin təhlili onlara, heç kəsə lazım deyil. Çünki nəticələri təhlil etmək onların marağında deyil. Onlar müxalifətdə yalnız birnömrəli olmaq üçün çalışırlar, ona görə də tərpənmirlər. Bu durumdan çıxmaq üçün gərək səhvlərini təhlil edəsən. Bəlkə də təhlil edirlər, amma onlar üçün hakimiyyətə gəlmək maraqlı deyil. Onlara daha çox müxalifətdə lider olmaq maraqlıdır. Bir araya gələ bilmirlər. Şəxsi ambissiyaları buna imkan vermir. Onlar heç vaxt yol verməzlər ki, Fuad Əliyev birinci olsun. Bunları düşündürən məsələ yalnız tədbirlərdə yuxarı başda oturmaqdır. Gedib otursunlar! Bəyəm yuxarı başda oturmaq hakimiyyətə gəlməkdir?

– Fuad bəy, yəqin ki, qəti şəkildə seçkilərdə namizəd kimi iştirak edəcəksiniz. Potensial namizəd olaraq seçkilərdən nə gözləyirsiz?

– Qurultayımız keçirilib və start verilən kimi namizədimizi irəli sürəcəyik.
Seçkilər ilin ilk aylarında artıq aktiv fazaya keçəcək. YAP da seçkiyə ciddi yanaşdığını ifadə edir. Əgər seçkiyə fevral-mart aylarında start veriləcəksə, demək seçkilərə ciddi hazırlaşırlar. Yəqin ki, maraqlı seçki ili olacaq.

“Daha çox Rusiyaya meyl var”

– Sizcə seçkilərdə hansı dövlətlərin təsiri daha çox ola bilər?

– Ənənəvi olaraq Rusiyanın marağı daha çoxdur. Hakimiyətin Avropa İttifaqı, Avropa Şurası ilə əlaqələri zəifləyib. Göstəricilər daha çox Rusiyaya meyldən xəbər verir. Rusiyanın Azərbaycanda rıçaqları, təzyiqləri daha çoxdur. Məncə iqtidar seçkilərə qədər komandasını dəyişməsə, bu mövqe qalacaq. Seçkilərə qədər Rusiyanın, seçkidən sonra isə Qərbin istəkləri nəzərə alınacaq. Bütün bu proseslərdə Qarabağın qaytarılması da hakimiyyətin iradəsinə bağlıdır. Kim Qarabağı qaytarsa, onun daha çox hakimiyyətdə qalma şansı var. Əks halda, heç kəs öz hakimiyyətini qoruya bilməyəcək.

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin