Valideynlərdən məktəbə direktor təyinatına ETİRAZ

15:15 06-12-2021 | icon 426 | Təhsil
Valideynlərdən məktəbə direktor təyinatına ETİRAZ

Valideynlər övladlarını məktəbə buraxmayacaqlarını bəyan ediblər

 

Ağsu rayon Pirhəsənli kənd tam orta məktəbində bir qrup valideyn direktor Aqil Həsənovun vəzifəsində çalışmasına etiraz edir.

 

Onlar iddia ediblər ki, əvvəllər Ağsu Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışan A.Həsənov işinin öhdəsindən gələ bilmədiyi üçün qurumdan çıxarılıb və məktəbə direktor təyin edilib. 

 

Valideynlər övladlarını məktəbə buraxmayacaqlarını qeyd ediblər. 

 

Ağsu Rayon Təhsil Şöbəsindən (RTŞ) bildirilib ki, rayonun Pirhəsənli kənd tam orta məktəbinə təhsil naziri Emin Əmrullayevin əmri ilə direktor vəzifəsinə təyin edilmiş Ağsu RTŞ-nin sabiq müdiri Aqil Həsənovun təqdimatına bir qrup valideyn əsassız olaraq etiraz edir və övladlarını məktəbə buraxmaq istəmirlər:

 

“Onların fikri belədir ki, direktor olacaq namizəd məktəb kollektivindən təyin olunmalıdır. Onlarla müvafiq qaydalara uyğun olaraq söhbətlər aparılıb, övladlarının təhsildən yayındıqlarına görə məsuliyyət daşıdıqları xatırladılıb. Kənd icra nümayəndəsi və məktəb kollektivi növbəti həftənin birinci günündən şagirdlərin məktəbə davamiyyətini təmin edəcəklərinə söz veriblər”. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

BMT-də Fələstinlə bağlı səsvermə

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”