Nadirdən oğlunun toyu ilə bağlı QADAĞA

17:16 06-12-2021 | icon 396 | Şou-biznes
Nadirdən oğlunun toyu ilə bağlı QADAĞA

"Bu mənim yox, oğlumun toyudur və..."

 

“Media çəkilişinə icazə verilməyəcək. Bu mənim yox, oğlumun toyudur. Mənim üçün bu problem deyil. Amma övladım istəmir. Nə edə bilərəm?”

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında müğənni Nadir Qafarzadə deyib. Sənətçi dekabrın 20-də oğlu Loğmana şəhər restoranlarından birində toy etməyə hazırlaşır. O bildirib ki, gecədə media çəkilişinə icazə verilməyəcək.

 

Nadir eyni zamanda oğluna özəl gündə edəcəyi hədiyyələrdən söz açıb: 

“Toy bitəndən sonra övladım və xanımı öz evlərinə gedəcəklər. Mənimlə birlikdə yaşamayacaqlar. Rahat yaşasınlar, özləri istədikləri kimi müstəqil. Oğluma təhsil vermişəm, maşını, evi var. Bal ayına da göndərəcəyəm. Ona bundan artıq nə hədiyyə edim? Onsuz hədiyyə hər zaman olub və olacaq da”.

 

Nadir toy xərclərindən də danışıb:

“Məşhurluğumdan istifadə etməyəcəyəm. Heç vaxt nəyisə reklam qarşılığında etmirəm. İlk övladımdır, bunu etmərəm. Düzdür, hörmət edirlər, endirimlər olur. Amma hər şeyi ürəyimcə edəcəyəm. Valideyn illərlə çalışır ki, övladı sağlam böyütsün. İllərlə toplayırsan, çamadanı açırsan ki, toyda xərcləyirsən. Bu gün o gündür. Gücüm nəyə çatırsa, onu edəcəyəm. Yığdığımı toyda da xərcləməsəm, nə zaman xərcləyəcəyəm? Hər bir valideyn bu xoş gündən yaşasın”.

 

Qeyd edək ki, Loğman və Əntiqənin nişanı bir neçə həftə əvvəl baş tutub. /Axşam.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq