Helikopter qəzasında şəhid olan Ceyhunun ARZUSU

12:29 08-12-2021 | icon 380 | Şəhidlər və şahidlər
Helikopter qəzasında şəhid olan Ceyhunun ARZUSU

Helikopter qəzasında şəhid olan tibb xidməti kapitanı Əhmədxanov Ceyhunun arzusu gerçəkləşib.

 

Bu barədə sosial şəbəkədə paylaşımlar edilib.

 

Ceyhunun Vətən müharibəsi zamanı dostu ilə “WhatsApp” danışıqlarının fotoları yayımlanıb.

 

Belə ki, dostunda xeyli şəkillərinin olduğunu bildirən Ceyhun şəhid olduğu təqdirdə fotolardan birinin avtomobilin arxa şüşəsinə vurulmasını istəyib.

 

Dostu Ceyhunun bu istəyini helikopter qəzasında şəhid olmasının ardından həyata keçirib.

 

Sözü gedən fotoları təqdim edirik:

 

Xatırladaq ki, DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, iki nəfər yaralanıb.

 

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq