Ağsuda məktəb koronavirusa görə bağlanıb

17:47 10-12-2021 | icon 390 | Təhsil
Ağsuda məktəb koronavirusa görə bağlanıb

Ağsuda müəllim və şagirdlərdə COVID-19 aşkarlanması səbəbindən məktəb distant təhsilə keçib.

 

Versus.Az xəbər verir ki, bu barədə Ağsu Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

 

Məlumatda bildirlib ki, Vahir Məmmədov adına Çiyni kənd tam orta məktəbində yoxlamalar zamanı müəllim və şagirdlər arasında koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.

 

COVID-19 pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədi ilə məktəb dərhal bağlanılaraq distant təhsilə keçirilib.

 

Eyni zamanda məktəbin bütün sinif otaqları, kollektivinin təmas edəcəyi bütün yerlər təcili olaraq mərkəzin əməkdaşları tərəfindən dezinfeksiya olunub.

 

Rayon Gigiyena və Epidemiologiya Mərkəzi məktəbin kollektivinə və valideynlərə xəbərdarlıq edib. Koronavirus aşkarlanan şagird və müəllimlərin ailə üzvlərindən, onlarla yaxın təmasda olan şəxslərdən COVID-19 testi üçün yaxma analizləri götürülüb.

 

Hazırda məktəbdə zəruri işlər davam etdirilir. /report/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq