Türkiyədə təhsil alacaq Şəhid övladlarının xərclərini Türkiyə ÖDƏYƏCƏK

14:58 13-12-2021 | icon 344 | Təhsil
Türkiyədə təhsil alacaq Şəhid övladlarının xərclərini Türkiyə ÖDƏYƏCƏK

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “YAŞAT” Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı gələn ildən etibarən şəhid övladlarının Türkiyədə təhsil ala biləcəkləri barədə məlumat verib.

 

O qeyd edib ki, bununla bağlı Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmalar İdarəsi ilə birgə proqram hazırlanır və yaxın vaxtlarda elan olunacaq.

 

Türkiyə millət vəkili Şamil Ayrım məsələni şərh edərkən deyib ki, gələn ildən etibarən Türkiyədə şəhid övladlarının təhsil səfərbərliyi başlayacaq:

 

“Öncə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Türkiyə xalqı olaraq qardaş ölkənin şəhid ailələrinə əlimizdən gələn hər köməyi etməyə hazırıq.

 

Bildiyim qədəri ilə gələn ildən etibarən Türkiyədə şəhid övladlarının təhsil səfərbərliyi başlayacaq”.

 

“Qeyd edim ki, Azərbaycanda bir iclas oldu və orada 20 universitetin rektoru iştirak etdi. Türkiyənin Aydın Universitetinin rektoru Mustafa Aydın həmin iclasda dedi ki, Türkiyə şəhid övladlarına həm təhsil verib, həm də bütün təhsil xərclərini ödəyəcək.

 

Eyni zamanda bildirim ki, Türkiyədə təhsil almış şəhidlərin adları universitetlərdə sinif otaqlarına verilib”, - deyə Ş.Ayrım bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

BMT-də Fələstinlə bağlı səsvermə

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”