“Moskva Premyerası” kinofestivalında Azərbaycan kinosuna həsr olunacaq xüsusi PROQRAM

15:16 14-12-2021 | icon 472 | Mədəniyyət
“Moskva Premyerası” kinofestivalında Azərbaycan kinosuna həsr olunacaq xüsusi PROQRAM

“Moskva Premyerası” kinofestivalında Azərbaycan kinosuna həsr olunacaq xüsusi proqram təşkil ediləcək.

 

Qeyd olunur ki, 2021-ci ilin 17-21 dekabr tarixlərində Moskvada MDB ölkələrinin təmsilçiləri “Moskva premyerası” Beynəlxalq Kino Festivalında iştirak edəcəklər.

 

Sözügedən festival 2003-cü ildən keçirilir. Festivalın ilk prezidenti SSRİ xalq artisti Aleksey Batalov olub.

 

Azərbaycan filmlərinin də (rejissor Teymur Qəmbərovun “Quxuroba” və Elvin Adıgözəlovun “Biləsuvar” tammetrajlı bədii filmi) iştirak edəcəyi festival çərçivəsində “Gənc Azərbaycan kinosu” adlı xüsusi proqram da təqdim olunacaq.

 

Təqdimat mərasimində “Buqələmun” (R.Həsənov, E.Adıgözəl), “Torn” (“Ayrılıqda”) (E.İmanov, E.Kundaq), “Axşama doğru” (T.Hacıyev), Nəfəs darlığı (A.Quliyev) və “Pıçıltılar. Bəzən qışqırıqlar” (L.Əliyeva) filmləri iştirak edəcək.

 

“Şübhəsiz ki, proqrama daxil edilmiş bir tam və dörd qısametrajlı film bu gün müasir Azərbaycan kinosunu müəyyən edən gənc kino xadimləri nəsli haqqında yalnız fraqmentli təsəvvür yaradır”, - deyə tammetrajlı filmlər proqramının direktoru, “Kino sənəti” jurnalının müəllifi və redaktoru Yevgeni Mayzel bildirib.

 

“Yeni Azərbaycan kinosunun yüksəlişini izləmək sevindiricidir. Son bir neçə il dünyanın aparıcı kinofestivallarında, o cümlədən Kann və Venesiyada Azərbaycan filmləri tamaşaçıların arasında əks-səda yaradıb. Azərbaycanın təzə nəsil filminə ayrıca xüsusi proqramın ayrılması da yeni fenomenin yaranmasına dəlalət edir”, - deyə  Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov vurğulayıb.

 

Ümumilikdə festivalda on ölkədən 100-ə yaxın iştirakçının və digər qonaqların iştirakı gözlənilir.

 

Açılış və bağlanış mərasimləri əfsanəvi “İllüzion” kinoteatrında keçiriləcək.

 

“Voznesenski” Mərkəzində isə qısametrajlı filmlərin birgə istehsalı və təbliği problemləri ilə bağlı panel müzakirəsi keçiriləcək.

 

Festivalın bədii rəhbəri Rusiya Kinematoqrafiya Sənəti Akademiyasının üzvü, Moskva mükafatı laureatı Vyaçeslav Şmyrovdur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq