“Azərxalça” öz məhsullarını Rusiya tamaşaçısına təqdim etdi

11:22 15-12-2021 | icon 354 | Mədəniyyət
“Azərxalça” öz məhsullarını Rusiya tamaşaçısına təqdim etdi

Dekabr ayının 14-də “Azərxalça” ASC-nin xalçaları növbəti dəfə Moskva sakinlərinə xüsusi təşkil olunmuş Azərbaycan gecəsində təqdim olunub.

 

Tədbirdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Azərbaycanın Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov və onu müşayiət edən nümayəndə heyəti iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan Polad Bülbüloğlu hər kəsi Azərbaycan gecəsindən salamlayıb. Emin Məmmədov isə çıxışı zamanı tədbir iştirakçılarının bir daha əsl Azərbaycan xalçalarına heyran qalacaqlarından əminliyini ifadə edərək, “Azərxalça” ASC-nin bütün yeniliklərə və maraqlı təkliflərə açıq olduğunu və dizaynerlərdən cəlbedici əməkdaşlıq təklifləri gözlədiyini vurğulayıb.

 

Daha sonra çıxış edən “ELLE Decoration” jurnalının baş redaktoru Aleksey Dorojkin də gələcəkdə “Azərxalça” ASC ilə birgə əməkdaşlığa hazır olduqlarını, sərgi zamanı Azərbaycan xalçalarına duyulan xüsusi marağı xüsusi qeyd etdi.

 

Moskvanın ən məşhur məkanlarından biri - “Caspian”da baş tutmuş tədbirdə təqdim olunan Azərbaycan xalçalarının çoxu əsl əl işi olan Qarabağ xalçalarıdır.

 

Tədbir iştirakçılarına ümumilikdə həm klassik, həm də modern xalça kolleksiyalarından ibarət 56 xalça təqdim edilib. Xüsusi gecədə Rusiyanın tanınmış 50 dizayneri də iştirak edib.

 

Tədbirin rəsmi hissəsi Azərbaycan xalçalarından ibarət ümumi sərgi, “Azərbaycan xalçalarının yeni həyatı” adlı təqdimat, Azərbaycan xalçalarının toxunma prosesini izah edən master-klasdan ibarət olub. Rəsmi hissədən sonra qonaqlara Azərbaycan milli mətbəxinin təamları, milli şərabları və Azərbaycandan xüsusi dəvət olunmuş sənətçilər – Riad Məmmədov və Aslan Əhmədovun ifasında konsert proqramı təqdim olunub.

 

Qapalı keçirilən “Azərbaycan xalçaları “Caspian” sahilində” adlı Azərbaycan gecəsinin təşkilatçıları Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyi, “Azərxalça” ASC və “Detali” ali dizayn məktəbidir.

 

Əsas məqsəd Azərbaycan xalçalarını məhz nüfuzlu dizaynerlərin diqqətinə çatdırmaq, onlarla əməkdaşlıq üçün zəmin yaratmaqdır. “Azərxalça” ASC artıq dünyanın məşhur dizaynerləri ilə işləmək, onlardan sifariş götürmək və ya onların sifarişlərini toxumaq kimi məsələləri gündəmdə saxlayır.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq