"İnsanlar koronavirusu pis keçirdiklərini əvvəl anlamırlar"

07:48 16-12-2021 | icon 512 | Sağlamlıq
"İnsanlar koronavirusu pis keçirdiklərini əvvəl anlamırlar"

İnsanlar koronavirusu pis keçirdiklərini əvvəl anlamırlar. COVID-19 infeksiyasına yoluxduqdan sonra əksər hallarda pasiyentlərin heç bir şikayəti olmur, əslində isə xəstə öz funksiyalarını səhv qiymətləndirir. Məsələn, idmançılarda intensiv məşqlərə başladıqdan bir neçə dəqiqə sonra nəfəs darlığı, digərlərində qismən amneziya və ya həddindən artıq əsəbilik yaranır.

 

Bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş psixiatrı Zurab Kekelidze postkovid sindromun əsas təzahürləri haqqında danışarkən bildirib.

 

Mütəxəssisin sözlərinə görə, COVID-19 beyinə bir şəkildə təsir edir.

 

“Bu barədə araşdırmalar hələ davam edir. Ancaq şübhəsiz ki, COVID xəstəliyinin mərkəzi sinir sistemi ilə əlaqəsi var”, - deyə həkim bildirib.

 

Psixiatr onu da qeyd edib ki, mütəxəssislər koronavirus infeksiyası ilə xəstəlik zamanı hematoensefalik baryerdə pozuntular aşkar edilib.

 

“Biz elə yaradılmışıq ki, qandakı hər şey beyinə daxil olmur. Hematoensefalik baryer bunun üçündür".

 

Zurab Kekelidze həmçinin bildirib ki, COVID-19-dan əziyyət çəkəndən sonra xəstə kəskin və ya uzunmüddətli psixoz və panik ataklarla üzləşə bilər. O koronavirus keçirdikdən sonra insanlarda müəyyən pozğunluqların aşkar olunduğunu (məsələn, insan bəzi əşyaların adını və ya hansı hərəkətləri yerinə yetirməli olduğunu unuda bilər) deyib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq