Qarabaşaq yarmasının FAYDALARI

08:00 16-12-2021 | icon 414 | Sağlamlıq
Qarabaşaq yarmasının FAYDALARI

Qarabaşaq yarması öz tərkibinə görə unikal və qiymətli məhsuldur. Bütün dənli bitkilər arasında məhz o, tərkibində yüksək miqdarda bitki mənşəli zülal olması ilə qiymətləndirilir. Bundan əlavə, məhsulda dəmir, maqnezium, fosfor, kalsium, sink var.

 

Bu barədı rusiyalı nutrisioloq Yekaterina Mixayilenko bildirib.

 

O, əlavə edib ki, qarabaşaq yarması A, D, C, E vitaminləri ilə yanaşı, B, P, PP qrupunun vitaminləri də zəngindir.

 

“Qarabaşaq özü qlütensiz məhsuldur, bu amil xüsusilə seliakiya (həzm sistemi ilə əlaqədar irsi xəstəlik) kimi xəstəliyi olan insanlar üçün vacibdir”.

 

Dietoloq onun rasiona daxil edilməsini vacib sayıb.

 

“Lakin yüksək kalorili məzmuna görə istifadəsi rasional olmalıdır. Buna görə də artıq çəki ilə mübarizə aparanlar qarabaşaq yarmasından ehtiyatla  istifadə etməlidir”, - deyə diyetoloq sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, qarabaşağın tərkibi sellüloz ilə zəngin olduğundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində də xeyirlidir. Müntəzəm olaraq qarabaşaqdan istifadə etməklə orqanizmdə olan şlakları və digər zəhərli maddələri xaric etmək mümkündür.

 

Bu dəyərli qida məhsulu qanda şəkərin miqdarını stabilləşdirir. Buna görə də diabet xəstələrinə qarabaşaqdan istifadə etmək faydalıdır. Həmçinin yüksək qan təzyiqindən şikayətlənənlər üçün də qarabaşaq olduqca xeyirlidir.

 

Qarabaşaq qaraciyərə də müsbət təsir göstərir, onun fəaliyyətini yaxşılaşdırır, eyni zamanda, böyrəklərin fəaliyyətinin normallaşmasına müsbət təsir göstərir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ