“Ölkədə ədalət, məhkəmələr rəzil vəziyyətdədir”

12:02 21-12-2017 | icon 464 | Siyasət
“Ölkədə ədalət, məhkəmələr rəzil vəziyyətdədir”
Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev iştirak edib.
 
Versus.Az-ın məlumatına görə, Əməkdaşlıq Mərkəzi hakimiyyətindən azad mətbuat nümayəndələrinə qarşı həbs, təqib və təzyiqləri dayandırmağı tələb edib. Heç bir günahı olmayan “Kanal 13”  televiziyasının redaktoru Əziz Orucovun 6 il  azadlıqdan məhrum edilməsi, peşə fəaliyyətini həyata keçirən Əvəz Zeynallının cərimə edilməsi, müstəqil saytların, o cümlədən “azadliq.news” xəbər poptalının  fəaliyyətinə əngəllər törədilməsi hakimiyyətin müstəqil mətbuata qarşı geniş hücumunun “bütün cəbhə” boyu davam etdiyini göstərir.
 
Əməkdaşlıq Mərkəzi hesab edir ki, heç bir günahı olmayan jurnalist Əziz Orucovun, eləcə də  2 şəxsin ölümünə səbəb olmuş Əli Həsənovun nəvəsinin eyni cəza ilə – 6 il həbs edilməsi haqda qərar ölkədə ədalətin, məhkəmələrin nə qədər rəzil vəziyyətdə olduğunun göstəricisidir.
Əməkdaşlıq Mərkəzi Musavat Partiyası başqanı Arif Hacılıya qarşı polis təzyiqini pisləyir.
Bundan başqa ölkədəki içtimai-siyasi vəziyyət, gündəmin digər aktual məsələləri müzakirə olunub.
 
Nilufər
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı