Orqanizmi mikroblardan təmizləyir

08:28 17-12-2021 | icon 597 | Sağlamlıq
Orqanizmi mikroblardan təmizləyir

Müasir elmdə "sərbəst radikallar" adlandırılan zəhərli maddələr təbiətdəki çirklənmə nəticəsində tənəffüs yolu, qida və içkilər vasitəsi ilə orqanizmə daxil olur. Bundan başqa, yanlış qidalanma və həzm sisteminin zəifləməsi nəticəsində orqanizmdə toksinlər yığılır.

 
 
Versus.Az 4 mərhələli təmizləmə metodunu təqdim edir.
 
 
 
Mərhələ 1
 
 
Bütün günü təmizlənmiş və ya ərimiş su içirik. Suya limon şirəsi, təmiz bal əlavə etmək olar. Bu suyu hər yemək saatından əvvəl bir stəkan için.
 
 
Mərhələ 2
 
 
Aptekdən qanqal alın. Bu bitki orqanizmdə mübadilə proseslərini sürətləndirir, təmizləyir və qaraciyərə müsbət təsir göstərir. Qanqal bitkisinin çayını gündə 2-4 dəfə için.
 
 
Mərhələ 3
 
 
Səhər yeməyi zamanı bir desert qaşığı kətan toxumu yemək mədə-bağırsaq traktının işini yaxşılaşdırır. Kətən toxumlarını axşamdan suda isladanda daha yaxşı nəticə göstərir. Alınmış qatı kütlə bağırsağın işini sürətləndirəcək.
 
 
Mərhələ 4
 
 
Hər qida qəbulundan 20 dəqiqə sonra yaşıl və ya başqa bitki çayı için. Bu çaylar qanda şəkərin səviyyəsini normallaşdırır, mədədə iltihabi prosesləri sakitləşdirir, eləcə də qaraciyər və böyrəkləri təmizləyir. Yaxşı olardı ki, hər gün yaşıl çay içməyə adət edəsiniz. /medicina.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq