“Sirlər dünyasına səyahət: MİSİR” - TƏQDİMAT

14:20 20-12-2021 | icon 352 | Mədəniyyət
“Sirlər dünyasına səyahət: MİSİR” - TƏQDİMAT
 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayevanın “Sirlər dünyasına səyahət: MİSİR” kitabının “Avrasiya Beynəlxalq Araşdırmlar İnstitutu”, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə”, “Nəfəs” və “Masallı Təhsil Fondu” ictimai birliklərinin təşkilatçılığı ilə təqdimat mərasimi keçirilib.

 
 
 
Versus.Az xəbər verir ki, “Azərkitab”da baş tutan təqdimat mərasiminin aparıcısı – Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı Azərbaycan-Misir ədəbi-mədəni, tarixi əlaqələrindən və Misirin Azərbaycanın dövlət müstəqilliyini tanımasının 30-cu ildönümü ərəfəsində olduğumuzdan söz açıb, ürək sözlərini bölüşüb.
 
 
O, Q.Paşayevanın kitabını iki qədim mədəniyyətə, qədim tarixə malik ölkənin ədəbi-mədəni əlaqələri baxımından əlamətdar hadisə adlandırıb, onun öz içəriyi, yanaşmaları baxımından Misir haqqında müstəqil Azərbaycanda çıxmış ilk belə kitab olduğunu deyib.
 
 
Kitabın müəllifi, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Q.Paşayeva təqdimat mərasimində iştirak edən Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimi və onun xanımı İnas Abdelhadi Eissanı, səfirliyin tərcüməçisi Mafəddin Hümmətovu, Azərbaycan parlamentinin üzvlərini, görkəmli ədəbiyyatşünasları, tarixçiləri, şairləri, yazıçıları, QHT, KİV rəhbərlərini, gəncləri salamlayıb.
 
 
O, Misir Ərəb Respublikasına səfərlərindən, orada beynəlxalq konqres, simpoziumlarda iştirakından, görüşlərdən və ölkələrarası əlaqələrdən söz açıb:
 
“Azərbaycanla Misir arasında rəsmi və vətəndaş cəmiyyəti institutları xətti ilə baş tutan görüşlər, o cümlədən ziyalılarımızın səmimi, etibarlı və getdikcə güclənən əlaqələri, əməkdaşlığı sevindiricidir.
 
Misirin ölkəmizdə səfirinin timsalında, Misir ziyalılarına 44 günlük Vətən Müharibəsində bizim haqq işimizə verdikləri mənəvi dəstək üçün təşəkkür edirəm".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq