Bu gün 500-dən artıq direktor vəzifəsi boşdur

12:30 21-12-2021 | icon 650 | Təhsil
Bu gün 500-dən artıq direktor vəzifəsi boşdur

“Hər il Təhsil Nazirliyi onlarla direktoru işində yol verdiyi nöqsanlara görə işdən çıxarır”. 

 

Versus.Az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

 

O qeyd edib ki, hər hansı ucqar kənddə sinif otağında baş verən prosesin səbəbkarı nazir və nazirlik deyil, müəllimdir: 

“Çünki təyin edilən şəxsin peşəkarlığı burada önəm daşıyır. Biz forma dəyişikliyindən yox, məzmun dəyişikliyindən danışmalıyıq. Direktorların kim tərəfindən necə təyin edilməsi deyil, təyin olunan şəxsin peşəkarlığı vacibdir. Bu gün direktorların təyinatı müsabiqə əsasındadır. Problem müsabiqəni keçənlərin sayının az olmasıdır. Məktəb rəhbərinin mövqeyini də başa düşməliyik. Direktorun həmişə günahkar olmaq ehtimalı böyükdür. Ona görə bacarıqlı müəllim direktor olmaq istəmir”. 

 

Nazir qeyd edib ki, bu gün 500-dən artıq direktor vəzifəsi boşdur:

“Çalışırıq ki, ora düzgün və müsabiqə əsasında təyinatı edək. Biz həddi aşağı sala bilmərik. Amma uzun müddət də yerləri boş saxlaya bilmərik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq