"Müəllim şagirdi alçaltmaq üçün bunu etməyib"

12:32 21-12-2021 | icon 647 | Təhsil
"Müəllim şagirdi alçaltmaq üçün bunu etməyib"

“Müəllim bilmədən oğlan şagirdini qız kimi təqdim edib”.

 

Versus.Az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

 

Onun sözlərinə görə, müəllim şagirdi alçaltmaq üçün bunu etməyib: 

“Həmin müəllim illərin təhsil işçisidir və savadlı kadrdır. Səhvini etiraf etdi və töhmət də aldı. O, özü də bilmədən uşağın saçının uzun olduğuna görə elə təqdim etdiyini bildirib. Həmin təhsil işçilərinə qarşı sərt cəza tədbirlərinin tətbiqi qəbul edilən deyil. Əsas odur ki, səhvini qəbul edib üzr istəyə bilsin”.

 

Qeyd edək ki, paytaxtdakı 116 nömrəli tam orta məktəbində müəllim oğlan şagirdi saçı uzun olduğuna görə sinfə qız kimi təqdim edərək onu təhqir edib. Məsələ ictimailəşdirildikdən sonra sözügedən müəllim barəsində məktəb rəhbərliyi tərəfindən tədbir görülüb və müəllimə töhmət verilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq