"Kreml Türk dövlətlərinin təşkilatlanmasına zərbə vurdu"

16:54 06-01-2022 | icon 507 | Geopolitika
"Kreml Türk dövlətlərinin təşkilatlanmasına zərbə vurdu"

Turan Rzayev: "Nazarbayevin yoxluğu türk dövlətlərinin təşkilatlanmasını zəiflədəcək"

 

Qazaxıstan etiraz dalğası ilə çalxalanır. Ölkənin belə bir vəziyyətə gəlməsi kimin maraqlarına xidmət edir?

 

Bu barədə Versus.az-a şərh verən politoloq Turan Rzayev Rusiya faktorunu xüsusilə önə çəkib.

 

Onun qənaətinə görə, Nazarbayevin yoxluğu türk dövlətlərinin təşkilatlanmasını zəiflədəcək. Qazaxıstan Prezidenti Qasım-Jomard Tokayevin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi yardım istəməsinin ardınca Rusiya Hərbi Kosmik Qüvvələrinin hərb-nəqliyyat təyyarələri Rusiya sülhməramlılarını Qazaxıstan ərazisinə tullayıb  Qazaxıstana göndərilən KTMT qoşunlarına Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.

 

Qazaxıstan Prezidenti Tokayevin Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti hadisələrin bir daha Kremlin ssenarisi əsasında baş verdiyini sübut etdi.

 

Politoloq Qazaxıstanda baş verən hadisələrdə Kremlin barmağının olmasını sübut edən digər nüanslara da diqqət çəkib:

 

"Birincisi, etirazçıları idarə edən konkret bir fiqur və ya lider yoxdur. Yəni etirazçılar dağınıq formada hərəkət edirlər. Misal üçün, etirazların arxasında Qərb və ya ABŞ dayansaydı, mütləq şəkildə kütləni idarə edən bir şəxs olardı. Lakin Kreml variantında isə adətən buna ehtiyac olmur. İkincisi, Qazaxıstanda etirazların ilk günündən etibarən rusların yaşadığı bölgədə sakitlik hökm sürür. İğitaşaşlar, etirazlar isə daha çox qazaxların çoxluq təşkil etdiyi ərazilərdə baş verir.

Üçüncüsü, etirazlar dağıntılarla müşahidə olunsa da, iştirakçıların sayı hakimiyyəti devirəcək qədər deyildi. Yəni Qazaxıstan öz ordusu ilə silahlı üsyanın qarşısını çox rahatlıqla ala bilərdi. Lakin Prezident Tokayev KTMT-yə müdaxilə üçün müraciət etdi. Bundan sonra Qazaxıstanın müstəqilliyindən danışmaq olmaz. Təəssüf ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qoşunlarının Qazaxıstana gəlməsi Qazaxıstanın müstəqilliyinə ciddi təhdid deməkdir. Məsələ ondadır ki, etirazlar nəticəsində Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verib. Nursultan Nazarbayev hər nə qədər mübahisəli şəxs olsa da, prezident Tokayevdən fərqli olaraq milli idi. Nazarbayev Rusiya ilə ortaq hərəkət etsə də, ən çətin şərtlərdə belə Qazaxıstan üçün mühüm işlər görürdü. Misal üçün, ölkənin latın qrafikalı əlifbaya keçməsi, keçmiş SSRİ-dən qalan şəhər adlarının milli adlarla əvəzlənməsi, qazax dilinin ön plana keçərək rus dilini sıxışdırması və s. Hesab edirəm, Nazarbayevin sonunu gətirən də məhz onun atdığı bu milli addımlar oldu. Tokayevdən fərqli olaraq Nazarbayev heç zaman Rusiyanın Qazaxıstana qoşun yeritməsinə izn verməzdi. Düzdür, Qazaxıstana gələn təkcə Rusiya hərbçiləri olmasa bu, nəticə dəyişmir. KTMT üzvü olmaq ayrı məsələdir, KTMT qoşununu ölkəyə dəvət etmək tamam ayrı məsələdir. Tokayev faktiki Nazarbayevin heç vaxt etməyəcəyi bir səhvi etdi və Qazaxıstanı öz əlləri ilə Kremlə təhvil verdi".

 

Politoloq hesab edir ki, Kreml SSRİ mahnılarının sədaları altında Türk dövlətlərinin təşkilatlanmasına zərbə vurdu! Politoloq Qazaxıstanda baş verən iğtişalar fonunda bir məqama xüsusilə diqqət çəkdi:

 

"Məsələ ondadır ki, Qazaxıstanda gərginlik yaşanarkən bəzi rus kanallarında SSRİ dövründəki hava proqnozu, mahnıları səslənirdi. İlk başda əhəmiyyətsiz bir detal kimi görünsə də, Nazarbayev kimi Türk dövlətlərinin təşkilatlanmasına mühüm rola malik bir şəxsin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verməsi və bu hadisənin baş verdiyi ərəfədə rus kanallarında SSRİ mahnılarını səslənməsi təsadüfi deyil. Kreml bununla açıqca Türk dövlətlərinin təşkilatlanmasından narahat olduğunu, təşkilatın güclənərək ona alternetiv bir güc olmasını istəmədiyini elan etmiş oldu. Nazarbayevin gedişi həqiqətən də türklərin təşkilatlanması baxımından ciddi mənfi hadisə oldu. Belə ki, Mərkəzi Asiya türklərini bir arada saxlayan güc şübhəsiz ki, Nazarbayev idi. Hesab edirəm ki, Nazarbayevin yoxluğu Mərkəzi Asiya türk dövlətlərinin Kreml qarşısında gözünü qorxudacaq, türklərin təşkilatlanmasını zəiflədəcək".

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”