Şəhid pilotumuzun doğum günüdür

12:18 07-01-2022 | icon 592 | Şəhidlər və şahidlər
Şəhid pilotumuzun doğum günüdür

Bu gün Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsinin pilotu, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günüdür.

 

Versus.Az xəbər verir ki, Rəşad Saləddin oğlu Atakişiyev 7 yanvar 1985 Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub.

 

O, ilk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad, ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub. O, 2006-cı ildə Azərbaycan “Ali Hərbi Təyyarəçilik Məktəbini Uçuş Mühəndisi” ixtisasına yiyələnərək təhsil ocağını yüksək nəticələrlə başa vurub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan beş nəfərdən biri olmağı bacarıb.

 

O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələn Rəşad Atakişiyev 2018-ci ilin oktyabrında “Şahinlər” filmində iştirak edərək, havada ən çətin, təhlükəli manevrlərin öhdəsindən gəlib.

 

Həmçinin Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda səmada bacarıqlarını göstərib. Ayrıca Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Turaz Qartalı” devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edib.

 

2019-cu il iyulun 24-ü saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb.

 

Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb.

 

Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub.

 

Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunub.

 

Azərbaycan Müdafiə Nazirliyinin həmin il avqustun 19-da verdiyi məlumata görə, təyyarənin qara qutusu tapılıb. Bir gün sonra isə pilotun nəşi tapılıb. 2019-cu 21 avqust tarixində Rəşad Atakişiyevin nəşi II Fəxri xiyabanda dəfn edilib.

 

7 may 2021-ci ildə Hərbi Pilot polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib.

 

Ailəli olub. Vətənə yadigar iki övladı qalıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq