İmtahan qrafikinin sosial şəbəkəyə ötürülməsi barədə AÇIQLAMA

13:33 10-01-2022 | icon 550 | Təhsil
İmtahan qrafikinin sosial şəbəkəyə ötürülməsi barədə AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi (DİM) 2022-ci ildə keçiriləcək imtahanların qrafiki haqqında məlumat yayıb.

 

DİM-dən verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il ərzində 32 növ imtahan keçirilib və bu imtahanlarda ümumilikdə 426 minə yaxın şəxs iştirak edib.

 

Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıyır:

 

“Əlbəttə ki, bu imtahanların qrafikinin layihəsi ilin əvvəlində tərtib olunmaqla aidiyyəti dövlət orqanları ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə təqdim olunur. 

 

Xatırlayırsınızsa, pandemiyadan öncə DİM tərəfindən növbəti il ərzində keçiriləcək imtahanların qrafiki adətən yanvar və ya fevral aylarında elan olunurdu. Lakin COVID-19-la əlaqədar sanitar-epidemioloji vəziyyəti qabaqcadan müəyyən etmək çətindir. Ona görə də DİM tərəfindən keçiriləcək imtahanların qrafiki iki ildir ki, hissə-hissə təqdim olunur. 

 

Ötən ilin sonunda DİM tərəfindən 2022-ci ilin yanvar və fevral aylarında keçiriləcək imtahanlarının qrafiki barədə məlumat verilib. Təəssüf ki, dünən axşamdan sosial şəbəkələrdə mərkəz tərəfindən il ərzində keçiriləcək imtahanların tarixləri  ilə əlaqədar layihə-qrafik paylaşılır.

 

Bu layihə-qrafik məxfi sənəd deyil və həm DİM-in müvafiq departamentləri, həm də aidiyyəti dövlət qurumları arasında işçi qaydada müzakirə olunur. Ona görə də imtahanların məhz bu qrafik əsasında keçirilib-keçirilməyəcəyi haqqında əvvəlcədən nəsə demək mümkün deyil. Qrafik aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra və yuxarıda da qeyd edildiyi kimi, sanitar epidemioloji vəziyyətdən asılı olaraq hissə-hissə elan ediləcək. 

 

Öz kütləvi xarakteri ilə seçilən buraxılış imtahanları barədə onu deyə bilərik ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsi nəzərdə tutulur”. 

 

Qeyd edilib ki, bu imtahanların keçirilmə tarixləri və yerləri yanvar ayı ərzində elan olunacaq:

 

"Abituriyentlər və kütləvi informasiya vasitələri nümayəndələrindən diqqətli olmaları və yalnız rəsmi qaydada elan olunan məlumatlara istinad etmələrini xahiş edirik. Bir daha xatırladırıq ki, imtahan tarixləri məlum olan kimi dim.gov.az saytının “Təqvim” bölməsinə əlavə edilir və bununla bağlı rəsmi açıqlama verilir”.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq