"Qazaxıstan Azərbaycanla birgə Türkiyənin Orta Asiyaya açılan qapısıdır"-Ərəb mediası-TƏHLİL

11:57 11-01-2022 | icon 563 | Geopolitika
"Qazaxıstan Azərbaycanla birgə Türkiyənin Orta Asiyaya açılan qapısıdır"-Ərəb mediası-TƏHLİL

Versus.az şərqşünas, sosial-siyasi təhlilçi Cəmaləddin Quliyevin sosial şəbəkədə paylaşdığı yazısını-tərcüməsini təqdim edir. 

 

...Qazaxıstanda baş verənlərə Azərbaycanda, Rusiyada, Türkiyədə, Qərbdə necə yanaşıldığından, bu ölkələrin ictmai fikrində hansı rəylərin hakim olduğundan xəbərdarsız. İzləyə bildiyiniz bizim ənənəvi və sosial media, rus və türk KİV-ləri, o cümlədən telekanalları, qlobal media nəhənglərinin- Azadlıq radiosu, Amerikanın səsi, BBC azərbaycanca xidmətləri bu baxışları təqdim edir.

Aşağıda ərəb əfkari-ümumisini müəyyən qədər əks etdirən yazının tərcüməsini təqdim edirəm. Amma bir qeyd əlavə edim ki, yazı dərc olunmuş KİV "Əl-Məyadin" telekanalının saytı Səudiyyə, Misir, BƏƏ kimi ərəb dünyasının aparıcı ölkələrində deyil, Livanda yayımlanır, həmin ölkənin şiə icmasına məxsusdur. Livanın şiə icması isə xeyli dərəcədə İran təsiri altındadır. Yazının ixtisar olunmuş versiyası:

 
 
 
 
Qazaxıstan bir sıra səbəblərə görə regionun ən mühüm ölkələrindən biri olub və indi də belədir.
Qazaxıstanla Rusiya arasında ümumi sərhəd yeddi min km-dən az deyil..
 
19 milyon əhalisi olan, 20%-i rus əsilli bu müsəlman ölkəsi Sovet İttifaqının dağılmasından sonra Orta Asiyanın digər İslam respublikaları, yəni Türkmənistan, Qırğızıstan, Özbəkistan və Tacikistan kimi müstəqillik qazanıb.
 
12 trilyon dollar dəyərində nəhəng təbii sərvətləri- uran, xrom, qurğuşun, sink, maqnezium, mis, kömür, qızıl, dəmir, almaz, neft və qazı var.
 
Çinlə 1500 km-lik , eləcə də Rusiyanın arxa bağçasıı kimi tanınan Mərkəzi Asiyada qalan İslam respublikaları ilə təxminən 3800 km-ə qədər uzanan sərhədi bölüşür.
 
Qazaxıstan Azərbaycanla birgə Türkiyənin Orta Asiyaya açılan qapısıdır.
 
Türkiyə prezidenti Ərdoğanın, ondan əvvəl isə 1991-ci ildə “Adriatikdən (Bosniya) Çin səddinə qədər vahid türk milləti” şüarını qaldıran mərhum prezident Turqut Özalın arzusu bu dövlətlərin birliyini yaratmaq olub. Özal və ondan sonra digər Türkiyə prezidentləri bu ölkələrin liderlərini bir neçə dəfə bir araya topladılar, sonuncusu isə ötən ilin noyabrın 12-də İstanbulda Türk Dövlətləri Təşkilatının sammiti oldu. Sammitin yekun bəyanatında 120-dən çox bənd daxil edilib, burada Mərkəzi Asiya və Cənubi Qafqazda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əməkdaşlıq perspektivlərindən bəhs edilib.
 
Azərbaycanın Qarabağdakı böyük qələbəsindən sonra, Türkiyə Ermənistanla münasibətlərində yeni səhifə açmağa çalışır. Bu qələbədən əvvəl də Ankara ilə Moskva arasında Ukrayna, Baltikyanı ölkələr və Şərqi Balkanlarla bağlı məslələlərdə münasibətlərdə analşılmazlıqlar var idi. Türkiyə ilə Liviya və Suriyadakı vəziyyətə görə daha böyük gərginlik yaşanır. Prezident Putin və onun xarici işlər naziri Lavrov da daxil olmaqla Rusiya rəsmiləri Ankaranın xüsusilə Ukrayna siyasətindən narahatlıqlarını və qıcıqlarını gizlətmirlər.
 
Bütün tarixi xatirələri bir kənara qoysaq, Türkiyənin Mərkəzi Asiya və Qafqaza milli və dini aspektləri ilə marağı həm də bir sıra strateji mənalar daşıyır, prezident Ərdoğan Türkiyəni iki fövqəldövlətə meydan oxuyan super gücə çevirmək istəyir.
 
Prezident Ərdoğanın Əfqanıstana marağı və Amerikanın oradan çıxarılmasından sonra ordusunu göndərmək cəhdləri bununla izah olunur. Ərdoğanın bu addımları Moskvanı sıxışdırmaq və onun üçün problemlər yaratmaq istəyən Vaşinqtonun təqdir və dəstəyini alır .
 
Dərhal Qazaxıstana müdaxilə etmək qərarının digər səbəbi Putinin 2004-cü ildə Gürcüstan və Ukraynada, 2010-cu ildə Qırğızıstanda “rəngli inqilabların” Rusiyanın düşmənləri tərəfindən törədilməsinə inanmasından irəli gəlir.
 
... Putin 2011-ci ilin fevralında Liviya ilə bağlı beynəlxalq qətnaməni dəstəkləməkdə səhvini və bunun bu strateji ölkədə nəyə gətirib çıxardığını etiraf edir. Rusiyalı analitiklər isə əldə edilən uğurlara baxmayaraq, Suriyada Türkiyəyə verilmiş geniş imkanlardan təəssüf bildirirlər. Ərdoğan Yaxın Şərqdə, Afrikada, Balkanlarda, Baltikyanıda, Qafqazda v strateji üstünlük əldə edib, indi də Əfqanıstana yaxın Orta Asiyada belə üstünlük qazılmaqdadır.
 
Putin yaxşı başa düşür ki, Vaşinqton Pakistan, Qətər, Türkiyə və BƏƏ kimi İslam ölkələrindən olan müttəfiqləri vasitəsilə həm siyasi, həm də silahlı İslam kartından əl çəkməyəcək. İyirmi milyondan çox müsəlmanın yaşadığı Rusiyanın daxilində İslamın gələcəkdə kart kimi sitifadə edilə bilər, Ankara isə əksəriyyətinin türk əsilli olduğunu deyir və millətçi dairələri ilə daim gizli və açıq əlaqə saxlayır.
 
Vaşinqton həmçinin Ərdoğanın milli və dini bəyanatlarından sui-istifadə etməkdən çəkinməyəcək və onu Mərkəzi Asiya və Qafqazda, hətta Balkanlarda və Yaxın Şərqdə daha çox iş görməyə təşviq edəcək. Ərdoğan ABŞ-ın dəstəyilə ənənəvi düşmənləri olan İsrail və BƏƏ ilə də əlaqələrini sahmana salmağa çalışır.
 
Vaşinqton ərəb baharı yaşandığı zaman olduğu kimi türk baharında da Ankaraya xüsusi rol ayırmaqda maraqlıdır.
 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

COP29-la bağlı parlament seçkisi irəli çəkilə bilər

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ