Dünya tibbində İLK

12:56 11-01-2022 | icon 367 | Sağlamlıq
Dünya tibbində İLK

Donuz ürəyi uğurla insana köçürüldü

 

ABŞ-da ilk dəfə Merilend Universitetinin Tibb Mərkəzində geni dəyişdirilmiş donuzun ürəyi 57 yaşlı David Bennettə uğurla transplantasiya edilib.

 

Məlumatda deyilir ki, ürək xəstəliyi olan 57 yaşlı xəstəyə genetik cəhətdən dəyişdirilmiş donuz ürəyi uğurla transplantasiya edilib və həmin şəxs üç gündən sonra özünü yaxşı hiss edir. Bu əməliyyat öz növündə unikallığı ilə seçilir. 

 

Bu transplantasiya ilk dəfə nümayiş etdirdi ki, geni dəyişdirilmiş heyvan ürəyi bədən tərəfindən dərhal rədd edilmədən insanınkı kimi fəaliyyət göstərə bilər.

 

Xəstə yaxın həftələrdə həkim nəzarətində olacaq. David Bennett ABŞ-ın bir sıra aparıcı transplant mərkəzlərində klassik əməliyyatdan imtina alıb. Eksperimental prosedur onun son həyat şansı olub.

 

Heyvan orqanlarının insanlara köçürülməsi prosesi (digər adı ksenotransplantasiya) bütün dünyada həkimlər tərəfindən geniş şəkildə öyrənilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq