Soyuqdəymə COVID-19-dan qoruyur

09:41 12-01-2022 | icon 616 | Sağlamlıq
Soyuqdəymə COVID-19-dan qoruyur

Soyuqdəymə nəticəsində T-hüceyrələrinin (immun cavabında əsas rol oynayan limfositlər)  sayı yüksək olan insanların koronavirus infeksiyasına yoluxma ehtimalı daha azdır.

 

Bu barədə London Kral Kollecinin alimləri araşdırmalarından məlum olub.

 

Elm adamlarının tədqiqatlarının nəticələri “Nature Communications” elmi jurnalında dərc olunub.

 

Əvvəlki tədqiqatlar göstərdi ki, digər koronaviruslardan olan T-hüceyrələri SARS-CoV-2-ni tanıya bilir, yeni tədqiqatlarda isə T-hüceyrələrinin mövcudluğunun insanın yeni koronavirus infeksiyasına yoluxub-yoluxmamasına necə təsir etdiyini öyrənmək məqsədi daşıyıb.

 

Alimlər yoluxmuş şəxslə yaşayan 52 könüllü üzərində araşdırma aparıb. Onlar əstə ilə təmasın dördüncü və yeddinci günlərində PCR testlərindən keçiblər. Qan analizi isə xəstə ilə təmasdan altı gün ərzində götürülüb. Bu, mütəxəssislərə soyuqdəyməyə səbəb olan digər koronaviruslar tərəfindən istehsal olunan mövcud T-hüceyrələrin səviyyələrini təhlil etməyə imkan verib.

 

Müəyyən edilib ki, yoluxmayan 26 könüllüdə T-hüceyrələrin səviyyəsi yoluxmuş qalan tədqiqat iştirakçılarına nisbətən xeyli yüksəkdir.

 

“Tədqiqatımız açıq şəkildə sübut edir ki, soyuqdəyməyə səbəb olan koronaviruslar tərəfindən istehsal olunan T-hüceyrələri COVID-19 infeksiyasına qarşı qoruyucu rol oynayır. Virusdan qorunmaq üçün bu T-hüceyrələri zülalın üzərindəki sünbül zülalına deyil, COVID-19 virusunun tərkibindəki zülallara hücum edir”, - deyə tədqiqatın müəllifləri vurğulayıblar.

 

Qeyd edək ki, mövcud peyvəndlər bu daxili zülallara immun cavab vermir. Tədqiqatın müəllifləri hesab edirlər ki, sünbül zülalını hədəf alan mövcud peyvəndlərlə yanaşı, bu daxili zülallar yeni peyvəndlər və uzunmüddətli həll üçün hədəf ola bilər, çünki T-hüceyrələrinin immun reaksiyası peyvənddən bir neçə ay sonra yox olan anticisimlərdən daha uzun müddət davam edir.

 

Bununla belə, alimlər tədqiqatların davam etdiyini vurğulayıblar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq