“Boşanacağımızı Bakıda idim”

09:52 12-01-2022 | icon 383 | Şou-biznes
“Boşanacağımızı Bakıda idim”

Türkiyəli müğənni Sinan Akçıl ikinci dəfə nikah masasına oturduğu aktrisa həyat yoldaşı Burcu Kıratlı ilə evliliklərində böhran yaşadıqlarını təsdiqləyib.

 

2018-ci ildə Kıratlı ilə ailə quran və 9 ay evli olduqdan sonra boşanan Sinan Akçıl 2021-ci ilin fevralında keçmiş həyat yoldaşı ilə ikinci dəfə evlənib.

 

Ancaq cütlük haqqında evliliklərinin ilk ili bitməmiş yenidən ayrılacaqları iddiaları irəli sürülüb. Burcu Kıratlının mənəvi atası Kənan Erçetingözün ad gününə tək qatılması və barmağında nişan üzüyü olmaması bu iddiaları gücləndirib.

 

Sinan Akçıl “Hazırda evlilik dalana dirənib” deyərək belə davam edib:

“Bunlar hər evlilikdə ola biləcək böhranlardır. Hər gün danışırıq, həll etməyə çalışırıq. İkinci toydan əvvəl köçdüyüm böyük mənzili Burcuya verib, özüm ayrı yerə köçdüm. Amma sonda hansı qərarı verəcəyimizi indi bilmirəm. Bu, boşanma da ola bilər, evliliyi eyni dam altında davam etdirmək də. Burcu sevdiyim və iki dəfə evləndiyim qadındır. Onun məndə yeri danılmazdır. İkinci dəfə evlənəcək qədər dəyər verdiyim qadındır”.

 

O, arvadının mənəvi atasının doğum gününə getməməyinin səbəbini Yeni ildə Bakıda olması ilə izah edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq