Müəllimlər təhsil verməkdən imtina edir

10:10 12-01-2022 | icon 369 | Təhsil
Müəllimlər təhsil verməkdən imtina edir

İsmayıllı rayonunun Qoydan kəndində yerləşən məktəb şəraitsiz vəziyyətdədir.

 

Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

 

Bildirilib ki, 1 otaqdan ibarət olan məktəbin cəmi 4 şagirdi var. Şagirdlərə dərs keçən müəllim rayondan kəndə gedib-gəlir. Digər müəllimlər yolların bərbad vəziyyətdə olmasına görə təhsil ocağına gəlməkdən imtina edib. Payız və qış aylarında isə şagirdlərin vəziyyəti daha da qəlizləşir. Palçıqlı, qarlı yollar onların məktəbə getməsinə əngəl olur. İbtidai sinifi bitirənləri təbii ki, daha çətin günlər gözləyir.

 

Onlar təhsil almaq üçün başqa yerlərə üz tutmalı olacaqlar. Ən yaxın qonşu kəndə məsafə 5-6 kilometrdir. Hər gün eyni məsafəni qət etmək isə demək olar ki, qeyri-mümkündür.

 

Qeyd edək ki, Qoydan Lahıc turizm zonasında yerləşir. Əhalisi 68 nəfərdir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 6 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc-Şamaxı turist marşrutları kəndin yaxınlığından keçir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq